Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lələtəpə döyüşçüsündən Mehriban Əliyevaya müraciət: “Tapşırığınız yarımçıq qalıb“

Lələtəpə döyüşünün iştirakçısı, Xocavənd rayon Tuğ kənd sakini, məcburi köçkün Haciyev Pərviz Rahib oğlu 06.09.2016-cı il təvəllüdlü övladı Hacıyev Əlinin ağır xəstəliyinin müalicəsi üçün yenidən Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb

Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Çox hörmətli Mehriban xanım!

Mən məcburi köçkün, Xocavənd rayon Tuğ kənd sakini, Lələtəpə yüksəkliyinin alınmasında fəal iştirkaçılardan biri kimi sizə müraciət edərək, övladım Əli Hacıyevin "ikitərəfli çox ağır dərəcəli neyrosensor ağıreşitmə" xəstəliyinin müalicəsi üçün yardım istəmişdim. Etdiyim müraciətdən sonra rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu oğlum Əli Hacıyevin xəstəliyinin müalicəsini üzərinə götürdü.

Heydər Əliyev Fondunun dəstəyi ilə oğlum Əli Hacıyev 2017-ci ilin iyun ayında Mərkəzi Neftçilər Xəstəxanasında cərrahiyyə əməliyyatı olundu. Uğurlu keçən cərahiyyə əməliyyatından sonra həkimlər bildirdilər ki, oğlumun eşitməsi üçün 4 aydan sonra ikinci qulaq plant cərrahiyyə əməliyyatı keçiriləcək. Ancaq üstündən 2 il keçməsinə baxmayaraq, oğlum Əli Hacıyevin ikinci qulaq plant əməliyyatı həyata keçirilmir. Həkimlər bildirirlər ki, cərahiyyə əməliyyatı gecikərsə oğlum eşitmək qabiliyyətindən mərhum olacaq.

Hörmətli Mehriban xanım!

Oğlum Əli Hacıyevin yarımçıq qalmış əməliyyatının davam etdirilməsi üçün bir neçə dəfə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etsəm də, "Heydər Əliyev Fonduna müraciət edin" cavabını almışam. Heydər Əliyev Fonduna müraciət edəndə isə "artıq bu işlərlə maraqlanmırıq" cavabı verilib.

Çox hörmətli birinci vitse-prezident!

Ailəmizin ümid yeri siz və cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdir. Sizdən xahiş edirik, övladımızın yarımçıq qalmış ikinci qulaq plant əməliyyatının keçirilməsinə köməklik göstərəsiniz.

Xocavənd rayon Tuğ kənd sakini, məcburi köçkün, Hacıyev Pərviz
Əlaqə nömrəsi (051) 421-81-80

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Ən çox oxunanalar