Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov Şimali Koreya ilə bağlı Qərbə “qırmızı xətt” çəkdi...

Sergey Lavrov: Qərb BMT Təhlükəsizlik Şurası vasitəsilə Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edə bilməyəcək...

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və Çin Qərbin KXDR-ə qarşı yeni sanksiyalar tətbiq etmək və mövcud məhdudiyyətləri uzatmaq cəhdlərini dəstəkləməyəcək.

Poliqon xəbər verir ki, Sergey Lavrov bunu VGTRK jurnalisti Pavel Zarubinin müvafiq sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, Şimali Koreya ilə bağlı məhdudiyyətlər tamamilə fərqli reallıqda qəbul edilib.

“Şimali Koreyaya qarşı sanksiyalar tamamilə fərqli siyasi şəraitdə, dialoqun qurulmasında problemlər yarananda, Təhlükəsizlik Şurasında kifayət qədər ciddi müzakirələr aparılarkən qəbul edilib. Amma bir neçə il əvvəl son qətnamə qəbul ediləndən bəri, biz Şimali Koreyaya qarşı daha sanksiyaların olmayacağını deyirdik. Çinli tərəfdaşlarımız da eyni mövqedən çıxış ediblər”, deyə Lavrov bildirib.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Pavel Zarubinə bildirib ki, Kreml BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyaları ilə bağlı mövqeyini qoruyub saxlayır. Lakin bu, iki ölkə arasında münasibətlərin inkişafına mane olmamalıdır.

Xatırladaq ki, 2017-ci ildə BMT Təhlükəsizlik Şurası BMT-yə üzv ölkələrdən KXDR-ə neft və neft məhsullarının idxalını, Şimali Koreya kapitalının iştirakı ilə birgə müəssisələrin yaradılmasını, həmçinin Şimali Koreya tekstil məmulatlarının, qazının ixracını, kondensat və mayelərin idxal və ixracını qadağan edən qətnamə qəbul edib. Bu qətnaməyə əməl etmək BMT-yə üzv dövlətlər üçün məcburidir. Qətnamə Şimali Koreya vətəndaşlarının xaricdə işləməsini də qadağan edib. Qətnamə hər il BMT Təhlükəsizlik Şurasının üzvləri tərəfindən yenilənirdi.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In Rusiyaya rəsmi səfərə gəlib. Səfər zamanı o, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Danışıqlarda Rusiyanın BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarının ləğvi ilə bağlı mövqeyinin müzakirə edilib-edilmədiyi açıqlanmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar