Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov nəyi deyirdi? Azərbyacan və Ermənistanın nazirləri hansı məsələlərdə razılığa gəliblər?

Hüseynbala Səlimov
Analitik

Ən müxtəlif mənbələrin məlumatlarına görə, bu yaxınlardakı görüş zamanı Azərbyacan və Ermənistanın xarici işlər nazirləri bir neçə məsələ ilə bağlı razılığa gəliblər.

Özünün cari mətbuat konfransında bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təsdiq etdi.

Lavrov onu da xüsusilə qeyd etdi ki, həmsədrlərin bölgəyə səfərləri bərpa ediləcək. Etiraf etsək, bizi də əsasən elə bu məsələ maraqlandırır.

Bəli, İkinci Qarabağ Savaşından keçən bu müddət ərzində Minsk Qrupunun digər həmsədrləri Qarabağ düyününü daha da dolaşdırmaqla məşğul idilər. Fransa daha hansı bəyanatla çıxış etmirdi? Gah oyuncaq DQR tanıyacağı ilə hədələyir, gah da başqa fokuslardan çıxırdı.

Bu fonda ABŞ nisbətən təmkinlə davranırdı. Bəs həmsədrlərin regiona səfərləri nəyi dəyişə bilər? Ötən bir il ərzində rəsmi Bakı çox birmənalı bəyanatlarla çıxış edib.

Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati vahid yoxdur. Qarabağ erməniləri Azərbaycanda yaşayan çoxsaylı etnik qruplardan yalnız biridir, çünki Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlətdir. Bu etnik qrupların heç birinin muxtariyyatı yoxdur, hərçənd, bir daha qeyd etmək istəyirik ki, onlar saylarına görə ermənilərdən qat-qat böyükdür. Niyə görə, hansı məntiqlə ermənilərin muxtariyyatı olmalıdır? Üstəgəl, otuz il ərzində onlara ən böyük müxtariyyat təklif olunurdu, amma onlar bundan imtina edir və müstəqillik istəyirdilər. Ona görə də “Dağlıq Qarabağ”ın statusundan heç söhbət gedə bilməz!” – bəli, rəsmi Bakının təxmini mövqeyi belədir.

Amma həmsədrlər “Dağlıq Qarabağ”ın statusu haqqında danışıqları bərpa etmək istəyirlər. Onlar nəyə nail olmağa çalışırlar? Düşünürük ki, heç nəyə. Təkcə onu edə bilərlər ki, bununla danışıqları bir az da uzada və sülh sazişinin imzalanmasını yubada – ləngidə bilərlər. Ermənilər də buna can atır. Bir tərəfdən kiçik də olsa, status dilənmək istəyir, digər bir tərəfdən isə, yenə də prosesi süni şəkildə uzatmağa cəhd edirlər...

Amma bütün bunlar əbəsdir. Azərbaycan inamla öz kursunu davam etdirir. Burada artıq rus sülhməramlılarının regionda müvəqqəti yerləşdirilməsi mövzusu hallanır. Hər dəfə bu məqam vurğulananda rəsmi Bakl demək istəyir ki, daha otuz il olmayacaq – Qarabağ konflikti artıq yoxdur, Azərbaycanda yaşamaqda davam edən ermənilər isə ya bu ölkənin qanunlarını qəbul etməli, ya da ki, buraları tərk etməlidirlər.

Burada daha bir məqamı qeyd etmək lazım gəlir. Bu günlərdə Soçidə Rusiya və Türkiyə prezidentlərinin də görüşü oldu. Görüş ərəfəsində bir az gərginlik yaranmışdı.
Məsələ bundadır ki, rəsmi Ankara bəyan etmişdi ki, Krımda keçirlən parlament seçkilərinin nəticələrini tanımayacaq, çünki Krımı Rusiya ərazisi hesab etmir. Amma məsələ problemsiz sovuşdu və bu məqam görüşlərə mane olmadı. Təəssüf ki, görüşün detalları bizə məlum deyil. Amma Dmitriy Peskovun sözlərinə görə, tərəflər Qarabağ problemini də müzakirə ediblər. Bizə bəlli olan məqam budur ki, Rusiya prezidenti özünün türkiyəli həmkarının “altılıq format” təklifinə pozitiv yanaşıbdır.

Güman, qeyd etmək yerinə düşərdi ki, təxminən eyni vaxtda Gürcüstanın baş naziri İrakliy Qaribaşvili də Bakıya səfərə gəlmişdi. Xatırladaq ki, bu, il ərzində bu onun ikinci səfəri idi. Səfər “altıqlıq formatla” bağlı deyildi ki? Etiraf edək ki, bununla bağlı konkret heç nə deyə bilmərik. Təklif səslənəndən dərhal sonra analitiklər qeyd etdi ki, Gürcüstan ona qoşulmaqda tərəddüd edəcək. Məsələ bundadır ki, bu illər ərzində Gürcüstan “Rusiya təzyiqinin” sayəsində Qərbin özünə dəstəyini və marağını təmin edə bilibdir. Amma Tiflis Rusiyanın da üzv olduğu çoxlu sayda təşkilatların (BMT, ATƏT və s.) üzvüdür. “Altılıq format” niyə bu təşkilatlardan biri olmasın?.. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar