Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kredit borcunu ödəyə bilməyənlərin nəzərinə - Video

Müxtəlif səbəblərdən kredit borcunu ödəyə bilməyən xeyli insan var. Kimisi sağlamlığını və əmək qabiliyyətini itirdiyi üçün, kimisi də maddi vəziyyətinə görə borcu ödəyə bilmir...

Bu cür vəziyyətlə üzləşənlərdən biri də İsmayıllı sakini Natiq Rəhmanovdur. O, 1 il əvvəl bankdan kredit götürüb və ağır avtomobil qəzasına düşdüyünə görə ödəmə qabiliyyətini itirib. Natiq Rəhmanov hazırda yataq xəstəsidir. 

PİA.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Nuridə Rəhmanova deyir ki, qəzadan əvvəl kredit borcunu vaxtlı-vaxtında ödəsələr də, 1 aydan çoxdur ödəniş edə bilmirlər. Vəziyyətlə bağlı məlumat vermələrinə baxmayaraq, bank yenə də pulu tələb edir. Nuridə Rəhmanova ödənişi edəcəklərini, lakin bankdan bir müddətlik vaxt istədiklərini bildirir.

Bu cür hallarla bağlı vəkil Emin Kiçikbəyov bildirir ki, borcalan və bank arasında bağlanmış müqavilədə fors-major hallar aid bağlı hər hansı müddəa qeyd olunubsa, vətəndaşa möhlət verilə bilər.

Vəkilin sözlərinə görə, bank belə vəziyyətlərdə güzəştə getməlidir.

Həbs olunan şəxslərin kredit məsələsinə gəlincə isə vəkil deyir ki, əgər müqavilədə krediti ailəsi ödəyə bilər kimi müddəalar qeyd olunmayıbsa, bank kredit borcunu onlardan tələb edə bilməz. Belə olan halda bank həbsdə olan borcalandan pulu azadlığa çıxdıqdan sonra tələb edə bilər.

Hüquqşünaslar həmçinin bildirirlər ki, fors-major hallarla üzləşən borclu şəxslərin kredit müqaviləsinin dəyişdirilməsini tələb etmək hüququ var. Bunun üçün onlar banka yazılı müraciət etməlidirlər. Əgər müraciətə hər hansı bir müsbət cavab verilməzsə, vətəndaş bankı məhkəməyə verə bilər.

pia.az 


Etiket: Kredit


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Ən çox oxunanalar