Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korotçenko: “Lavrov Kremlin müvafiq mesajlarını Yerevana çatdırdı”

Rusiya xarici işlər naziri Sergey Lavrovun ErmənistanAzərbaycana səfərinin əsas məqsədi Azərbaycan, RusiyaErmənistan liderlərinin ötən ilin noyabrında qəbul etdiyi üçtərəfli bəyanatda nəzərdə tutulmuş bütün məqamların tez bir zamanda həyata keçirilməsidir. Biz bilirik ki, Ermənistan tərəfinin öz öhdəlikləri ilə bağlı faktiki olaraq, təxribatlar törətməsi səbəbindən bu proses, təəssüf ki, çətin gedir. Bəlkə də Lavrov bütün nüfuzundan istifadə edib və Kremlin müvafiq mesajlarını Yerevana çatdırıb ki, Ermənistan minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı ilk praktik addımları atmağa başlasın”.

Bu fikirləri “Report”un Rusiya bürosuna hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Ekspertin fikrincə, Lavrovun səfəri bəyanatın müddəalarının həyata keçirilməsini və mövcud problemlərin həllini mümkün qədər sürətləndirməli idi: “İlk növbədə, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında minaladığı ərazilərin xəritələrini verməsini və nəqliyyat dəhlizlərinin açılmasını təmin etmək lazımdır. Naxçıvanı Azərbaycanla birləşdirəcək Zəngəzur dəhlizinin tez bir zamanda işə başlaması vacibdir. Rusiyanın Yerevana təsir cəhdlərinin nə qədər uğurlu olduğunu, güman ki, önümüzdəki həftələrdə görəcəyik”.

Bakıda keçirilmiş mətbuat konfransında Lavrov qeyd edib ki, Ermənistan mövcud məsələlərin həllinə ehtiyac olduğunu anlayır. O, hətta ilk praktik addımların artıq atıldığını vurğulayıb. Problemlər humanitar xarakter daşıyır. Yerevanın öz öhdəliklərini yerinə yetirmək istəmədiyini artıq müşahidə etmişik. Sergey Lavrovun Ermənistanın bu problemləri həll etməyə hazır olduğunu deyərkən konkret olaraq nəyi nəzərdə tutduğunu gözləyib bilmək istərdim. İndiyə qədər heç bir praktik addım görmürük”, – o bildirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar