Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusdan ölən 9-cu sinif şagirdi Kamil Əsgərov xəstəxanaya kritik vəziyyətdə gətirilibmiş - Yenilənib

Koronavirusdan vəfat edən doqquzuncu sinif şagirdi xəstəxanaya kritik ağır vəziyyətdə daxil olubmuş. 7 saylı Uşaq İnfeksion Xəstəliklər Xəstəxanasından virtualaz.org-a bildirilib ki, 9-b sinif şagirdi Əsgərov Kamil İslam oğlu xəstəxanaya son dərəcə ağır vəziyyətdə, ürək tənəffüs çatışmazlığı əlamətləri ilə daxil olub. Onun saturasiyası 42-48, oksigen də 70-72 olub. Rentgen müayinəsində agciyərlərin yuxarı payı zədələnmiş olub.

***

Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.

APA-nın yerli bürosunun məlumatına görə, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.

Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.

Məktəbdən APA-ya verilən açıqlamada K. Əsgərovun vəfat etməsi xəbəri təsdiqlənib.

Bildirilib ki, K. Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: “Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar