Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus Avropaya qayıtdı - Video

İspaniyanın Araqon bölgəsinin Ueska əyalətində karantin tədbirləri yenidən tətbiq olunacaq...

 Bu ərazidə koronavirus infeksiyasının yenidən yayılması aşkarlanıb.

Bu barədə “EuroNews” xəbər yayıb.

Bu, Avropa İttifaqına üzv olan dövlətlərdə karantin bitdikdən sonra yeni məhdudiyyətlərin tətbiq olunduğu ilk haldır.

Bundan başqa, yoluxma ocaqları daha iki böyük aqlomerasiyada aşkarlanıb. Söhbət ölkənin paytaxtı Madriddən və Barselona şəhərindən gedir.

Almaniyadakı vəziyyət də narahatlıq doğurur: Şimali Reyn-Vestfaliyada yerləşən ən böyük ət emalı zavodunda 1 500-dən çox yoluxma halı müəyyən edilib.

Portuqaliya hökuməti yeni hallarla bağlı restoranlara, barlara, kafelərə və dükanlara komendant saatı tətbiq edib. Məlumata görə, mayın sonundan iyunun sonuna qədər - bir ay ərzində Portuqaliyada koronavirusa yoluxanların sayı 9 000 nəfəri ötüb. Ümumilikdə, ölkədə 40 minə yaxın yoluxma halı qeydə alınıb. 1 500 nəfər isə bu xəstəlikdən ölüb.

Qeyd edək ki, koronavirusa yoluxma hallarının artması təkcə Aİ dövlətlərində deyil, Britaniyada da, xüsusən Şimali Uelsdə müşahidə olunur.

ÜST bir müddət əvvəl mövcud vəziyyətdə, əsasən də Avropada pandemiyanın ikinci dalğasının başlanmasının sadəcə vaxt məsələsi olduğu barədə xəbərdarlıq etmişdi.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Ən çox oxunanalar