Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus ABŞ üçün bu əsrin ən bahalı fəlakətinə çevrilib...

ABŞ-ın koronavirus pandemiyasına görə nə qədər pul itirdiyi məlum olub...

ABŞ COVID-19 pandemiyası səbəbindən 14 trilyon dollar zərər çəkib. Daha doğrusu 2023-cü ilin sonuna pandemiya səbəbindən ölkəyə dəyən zərər 14 trilyon dollara çatacaq.

Poliqon EADaily nəşrinə istinadən xəbər verir ki, bu məlumatı Cənubi Kaliforniya Universitetinin ekspertlər qrupu tərəfindən aparılan araşdırmada təqdim olunub.

Nəşrin məlumatına görə, 1,1 milyondan çox insan COVID-19-un qurbanı olub. Tədqiqatçılar müəyyən ediblər ki, ABŞ-da ən böyük maddi itkilər müəssisələrin fəaliyyətinin dayandırılması və mağazaların bağlanması, hava səyahətlərinin azalması və tədbirlərin məhdudlaşdırılması səbəbindən satışın azalması ilə bağlıdır.

2020-ci ilin ikinci rübündə uçuşların sayı 60%, restoranlara baş çəkənlərin sayı 65%, mağazalardan alışların sayı 43% azalıb. Koronavirusdan ilk iki il yarımda ən çox itkilər hava nəqliyyatı, kafe və restoranlar, o cümlədən səhiyyə və sosial xidmətlər olub. Onlara yalnız onlayn satışların artması, hökumətin stimullaşdırma və yardım proqramları və evdən işləyən amerikalıların sayının artması təkan verib.

Ekspertlərin hesablamalarına görə, dörd ildən sonra ABŞ-ın ÜDM-i təxminən 103 trilyon dollar təşkil edəcək. Əgər pandemiya olmasaydı, bu rəqəm 14% çox ola bilərdi.

Xəstələrin xəstəxanaya yerləşdirilməsinə təxminən 214 milyard dollar xərclənib. ABŞ-da pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejiminin ləğvinə baxmayaraq, COVID-19 hələ də öz təsirini sürdürür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar