Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Konsertimdən 5 manat qazandım” - Miri Yusif

Xalq artisti Miri Yusif 2 fevral Gənclər günündə fanatları ilə görüş keçirib

Tədbir zamanı sənətçi pərəstişkarları üçün musiqi qrupu ilə canlı ifalar səsləndirib. Onlarla ünsiyyətdə olub.

M.Yusif Axşam.az-a açıqlamasında mediadan uzaq gəzməsinə və verilişlərə az çıxmasına aydınlıq gətirib:

“Müxtəlif verilişlər var ki, ora qatılıram. Hər zaman da gələcəm. Mediadan qaçmıram. Ürəyimin qapıları onlara açıqdır. Elə verilişlər çəksinlər ki, hamı gəlib sənətini göstərsin. Dəxlisiz söhbətlər olmasın, özgənin cibi sayılmasın ki, gələk”.

O, “İlk konsertinizdən gəliriniz nə qədər olub” sualına isə belə cavab verib:

“İlk konsertim klubların birində idi. Onda məni demək olar ki, heç kim tanımırdı. Siz fanatlarım da yox idiniz. Zal 180 nəfər üçün nəzərdə tutulmuşdu. Qorxurdum ki, konsertimə heç kim gəlməyəcək. Gecənin sonunda konsertdən qazandığım pul 5 manat oldu. Ona da 3 qutu siqaret alıb, dostlarımla bölüşdüm”.

Qeyd edək ki, gecənin aparıcısı DJ Fateh olub. O da öz növbəsində Miri Yusifin mayda keçirilməsi planlaşdırılan “Crystall Hall” konserti barədə müğənniyə suallar ünvanlayıb.

Tədbir zamanı sənətçi “Ruh əkizləri” adlandırdığı fanatlarına həsr etdiyi klipi də təqdim edib. İki saata yaxın davam edən gecənin sonunda Miri Yusif onlarla fanatı ilə şəkil çəkdirib.

pia.az


Etiket: Miri Yusif


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Ən çox oxunanalar