Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konfrans Liqası:"Neftçi" "Makkabi" ilə matçda qələbəni əldən verib - Yenilənib

“Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, “ağ-qaralar” “Bakcell Arena”da İsrailin “Makkabi” (Hayfa) komandası ilə qarşılaşıb. Fransalı FIFA referisi Villi Delajonun idarə etdiyi görüş 3:3 hesabı ilə başa çatıb.

Meydana 5-4-1 taktiki düzülüşü ilə çıxan flaqmanın qapısını Aqil Məmmədov qoruyub. Beşli müdafiənin mərkəzində Mamadu Mboc, Voislav Stankoviç, Mert Çelik, cinahlarında isə Romen Bask və gənc İsmayıl Zülfüqarlı oynayıb. Yarımmüdafiə xəttində Mamadu Kane, Emin Mahmudov, Sabir Buqrin və Yusuf Laval çıxış edib. Hücumun sivri ucunda isə Harramiz Soareş yer alıb.

Əvvəlki oyunlardan fərqli budəfəki matça "Neftçi" azarkeşlərinin marağı elə də çox deyildi. Qarşılaşmanı tribunadan təqribən 2 minə yaxın tamaşaçı izləyib. Görüş qonaqların hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi 9-cu dəqiqədə hesab açılıb. Hayfa təmsilçisinin heyətində Omer Atsili fərqlənib. “Neftçi” buraxılan qola Yusuf Lavalla cavab verməyə yaxın olsa da, nigeriyalı yarımmüdafiəçinin zərbəsini qarşısını rəqib müdafiəçi kəsib. 25-ci dəqiqədə “Makkabi” futbolçuları fərqi artırmaq üçün yaxşı fürsət yaxalayıblar. Lakin Aqil Məmmədov Tyaron Çerinin qol vurmasına imkan verməyib. 31-ci dəqiqədə görüşün referisi Villi Delajo “Neftçi”nin baş məşqçisi Samir Abasova etiraza görə sarı vərəqə göstərib. Tədricən təşəbbüsü ələ alan “ağ-qaralar” Harramiz Soareşlə “Makkabi”nin qapısı qarşısında təhlükə yaradıblar. Lakin hücumçunun başla zərbəsi istənilən kimi alınmayıb. Bakı klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

İkinci hissəyə daha inamlı start verən “Neftçi” 50-ci dəqiqədə yusuf Lavalın uzaq məsafədən vurduğu baxımlı qolla tarazlığı bərpa edib. Qoldan ruhlanan meydan sahibləri 66-cı dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Laval özünün və komandasının 2-ci qoluna imza atıb. 72-ci dəqiqədə “Neftçi”nin heyətində Emin Mahmudov səhnəyə çıxıb. Kapitan Lavalın sol cinahdan ideal ötürməsini boş qapıya göndərib. 77-ci dəqiqədə flaqman meydanda azlıqda qalıb. İsmayıl Zülfüqarlı ikinci sarı vərəqəni görərək, qovulub. Təyin olunan cərimə zərbəsini dəqiq yerinə yetirən Tyaronn Çeri isə hesab arasında fərqi minimuma endirib. Oyunun sonlarında Aqil Məmmədov 2 dəfə komandasını 100 faizlik qoldan xilas edib. Lakin qonaqlar görüşün əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqəsində hesabı bərabərləşdiriblər. Çeri dubl müəllifi olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da olacaq.

***

"Neftçi" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, qonaqlar 78-ci dəqiədə Tyaronn Çerinin qolu ilə fərqi azaldıblar - 2:3.

***

"Neftçi" İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 2-ci qolu vurub.

"Report"un məlumatına görə, "ağ-qaralar"ın heyətində Yusuf Laval dubl edib. O, 66-cı dəqiqədə fərqlənib.

***

"Neftçi" İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesabı bərabərləşdirib.

"Report"un məlumatına görə, Yusuf Laval 50-ci dəqiqədə uzaq məsafədən baxımlı qolla tarazlığı bərpa edib.

***

"Neftçi" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra meydan sahibləri hesabda geridədir - 0:1.

***

"Neftçi" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilən qarşılaşma saat 21:00-da start götürüb.

Görüşü Fransa Futbol Federasiyasından Villi Delajo idarə edir.

Qeyd edək ki, cavab oyunu avqustun 26-da İsraildə olacaq.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Neftçi" və İsrailin "Makkabi" (Hayfa) klublarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Neftçi": 30A. Mammadov (GK)3Mbodj6Stanković8MakhmudovC11Harramiz14Basque20Mert Çelik21Zulfugarli24Lawal29Bougrine36Kane

Baş məşqçi: Samir Abasov

"Makkabi": 44Cohen (GK)4Mohamed5Planić7Atzili10CheryC12Menachem14José Rodríguez16Abu Fani21David24Dahan25Meir

Baş məşqçi: Barak Baxar

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar