Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köləlik möhürü - Vaqif Sultanlı rus məktəblərindən yazdı

Rus məktəbləri – millətin gələcəyinə basdırılmış, hər an partlaya biləcək təhlükəli minalardır. Rus məktəbləri – Lev Tolstoyu, Fyodor Dostoyevskini orijinalda oxumaq üçün dil öyrənişi deyil, rus soldatının çəkmələri altında əzilərkən imdad diləmək üçündür.

Rus məktəbləri – “Rusiyanın sərhədləri yoxdur” deyən rus şovinistlərinin dəyirmanına su tökmək, öz vətəni hesabına imperiya azğınlarının yolunu açmaqdır.

Rus məktəbləri – savaşla fəth edilməsi mümkün olmayan qalanın açarının xəyanətlə düşmənə təslim edilişi deməkdir. Rus məktəbləri – Azərbaycanın bölünməsinə, Cümhuriyyətin süquta uğradılaraq sovet müstəmləkəçiliyinə yuvarlanmasına, milli siyasi elitanın, on minlərlə aydının soyqırıma məruz qalmasına, İyirmi yanvar, Xocalı qətliamına, Qarabağın viran edilməsinə arxa çevirməkdir. Rus məktəbləri – millətə məxsus olan dəyərlərin unutdurulması, yox edilməsi, milli mənliyin aşındırılması, özgələşdirilməsi, yabançılaşdırılmasıdır.

Rus məktəbləri – millətin öz soyuna, kökünə, ənənələrinə bağlılığını qırmaq, toplumun elliklə manqurtlaşdırılmasına dayaq olmaq deməkdir.
Rus məktəbləri – Ukraynada xəstəxanaları, doğum evlərini, uşaq bağçalarını, teatr binalarını yerlə bir edən, mülki əhalini vəhşicəsinə qətlə yetirən Rusiya impeyasının qanlı əməllərini görməzdən gəlmək deməkdir.

Rus məktəbləri – öz xalqını zaman-zaman cilddən-cildə girən “velikorus” şovinizminə xidmət məramına yoluxdurmaqdır. Rus məktəbləri – yer üzündə özündən başqa bütün millətləri heçə sayan irticaçı bir kültürə yarınmaq deməkdir. Rus məktəbləri var olduqca Azərbaycanın gerçək anlamda birliyi, bütünlüyü mümkün olmayacaqdır.

Vaqif Sultanlı

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

Ən çox oxunanalar