Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kitab və qəzeti yaşatmaq istəyiriksə... - “Kitabın qiyməti 30 faiz azalacaq”

Azərbaycanda kitab kağızı və kitab satışına, o cümlədən qəzet kağızına 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq olunur

Son günlər kitab və qəzet kağızının, kitab satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi gündəmə gəlib. Millət vəkili Fazil Mustafa parlamentdə çıxışında kitab və mətbəə məhsulları üzərindən ƏDV-nin götürülməsini təklif edib, Mətbuat Şurası qəzet kağızı üzərində ƏDV-nin ləğvi barədə ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır. Bəs ƏDV-nin ləğvi kitab və qəzetin qiymətinə, satışına necə təsir göstərə bilər?

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu BakuPost-a açıqlamasında deyib ki, keçmiş SSRİ ölkələri içərisində məhz Azərbaycanda kitab kağızına ən yüksək ƏDV tətbiq edilir:

"Gürcüstanda kitab kağızına 0 dərəcə ƏDV tətbiq olunur. Türkiyədə 8 faiz ƏDV tətbiq olunurdu, bu da ləğv olunur. Çünki elektron kitablar tədricən natural kitabları üstələyir, dövlət isə natural kitabın olmasında maraqlıdır. Dövlət ənənəvi kitabın sıradan çıxmasını istəmir. Ona görə də dövlət dəstək vermək üçün kağız kitabın üzərindəki bütün vergini götürür. Belarusda isə bütün kitab mağazaları bütün vergilərdən azaddır”.

Ş. Xuduoğlu hesab edir ki, Azərbaycanda da bu məsələnin müzakirəyə çıxarılması təqdirəlayiqdir:

"Hazırda bazarda kitab kağızı 1450 dollardır. ƏDV ləğv olunarsa, avtomatik 18 faiz ucuzlaşma deməkdir. Kitab kağızı və satışı üzərində ƏDV ləğv olunsa, kitabın qiyməti ən azı 20-30 faiz azalacaq. Eyni zamanda qiymət ucuzlaşdığı üçün kitabın tirajı, sayı artacaq. Beləliklə də, kitab hamı – tələbələr, regionlar üçün də əlçatan olacaq. Kitab üçün ƏDV ləğv olunarsa, həm kitab ucuzlaşacaq, həm də kitabın satışı artacaq. Əgər bu addım atılarsa, çox əlamətdar hadisə olar”.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BakuPost-a bildirib ki, Mətbuat Şurasının İdarə Heyətində, mətbuat və media ilə bağlı tədbirlərdə təkliflər səsləndirilib:

"Ölkəyə gətirilən kağız üzərində ƏDV-nin ləğvi məsələsini qaldırmışıq. Bu, əslində Nazirlər Kabinetinin qərarı ilə də ləğv olunub. Sadəcə, Vergi Məcəlləsində ölkəyə gətirilən kağız və kağız məhsulları üzərindən ƏDV-nin tətbiqi götürülməyib. İndi burada da müəyyən anlaşılmazlıqlar, problemlər var. ƏDV- ilə bağlı anlaşılmazlığın aradan qaldırılması üçün hətta bir komissiya da yaradılmışdı . Biz bu məsələni Dövlət Gömrük Komitəsində baş redaktorlarla Komitə rəhbərliyinin görüşündə də qaldırmışıq.

Əslində, Nazirlər Kabinetinin qərarı ilə ləğv olunan ƏDV-nin Vergi Məcəlləsində qalması və tətbiqi nə dərəcədə məqsədəuyğundur, mən deyə bilmərəm. Təbii ki, ƏDV götürülərsə, ölkəyə gətirilən kağız və kağız məsullarında xeyli ucuzlaşma baş verə bilər".

A, Aşırlı deyib ki, bu gün çap mediasının problemləri ətrafında müzakirələr aparılır, müxtəlif təkliflər səsləndirirlir:

"Çap mətbuatının bu vəziyyətinə düşməsinin başlıca səbəblərindən biri ƏDV-nin tətbiqi ilə bağlıdır. Ölkəyə gətirilən kağız həddən artıq bahadır. Ölkəyə gətirilən kağızın 1 tonu min dollara yaxındır, yəni 1700 manata bərabərdir. Belə bir vəziyyətdə çap mətbuatının yaşam imkanları azalır. Əgər biz çap mətbuatını yaşatmaq, kitab, oxu mədəniyyətini qoruyub saxlamaq istəyiriksə, ölkəyə gətirilən kağız və kağız məhsulları üzərındən ƏDV götürülməlidir. Bu, həm də klassik medianın yaşaması üçün bir stimul olar. Kitablar Azərbaycanda oxunmur, çünki bahadır. Əgər Rusiya və Türkiyə ilə müqayisə olunsa, Azərbaycanda kitablar çox bahadır”.

Baş redaktor deyib ki, qəzet kağızı üzərindən ƏDV götürülərsə, kağızın hər tonu 180 dollara qədər ucuzlaşa bilər:

"Bu da son nəticədə qəzetin maya dəyərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olar”. (BakuPost)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar