Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kitab bayramı” qeyd edildi - Hacıqabulda

Mayın 10-da Hacıqabul şəhər Heydər Əliyev adına parkda rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XI Ümumrespublika “Kitab bayramı” keçirilib

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov, hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak ediblər.

“Kitab bayramı”nda təşkil olunmuş “Nağıllar aləmi”ndəki nağıl personajları, uşaq ədəbiyyatları kiçik yaşlı məktəblilərin xüsusi marağına səbəb olub.

“Fidanlar” uşaq bağçasının təşkil etdiyi müxtəlif və rəngarəng nömrələr tədbirə daha bir rəng qatıb.

Hacıqabul rayon MKS üzrə İlin ən fəal kitabxana filialı seçilmiş 3 saylı Muğan qəsəbə kitabxanasının qəsəbə məktəbi və klubunun birgə təşkilatçılığı ilə Azərbaycan yazıçılarının əsərləri əsasında ssenariləşdirilmiş qısa səhnələrə tamaşa olunub.

2019-cu il ərzində yubileyləri keçiriləcək yazıçı və şairlərin həyat və yaradıcılığına həsr olunmuş: “İmadəddin Nəsimi-650”,“Cəfər Cabbarlı-120”, “Cəlil Məmmədquluzadə-150”, “İsmayıl Şıxlı-100”, “Cabir Novruz-85, Məhəmməd Füzuli-525, “Qasım Bəy Zakir-235”, “İlyas Əfəndiyev-105” və digər başlığlı sərgilər təşkil olunmuş, məktəblilərin əl işlərindən ibarət guşə və sərgilər nümayiş olunub.

“Kitab bayramı” nda həmçinin şəhərin N.Ağayev adına 4, A.Dadaşov adına 5 və 9 saylı ümumtəhsil məktəblərinin şagirdləri yaxından iştirak etmiş, İmadəddin Nəsiminin qəzəlləri oxunub.

Tədbirdə Heydər Əliyev Mərkəzinin “Nəsimi ili” ilə əlaqədar müxtəlif sərgiləri və əl işləri təşkil edilmiş, Uşaq Musiqi məktəbinin ansamblı və xor kollektivinin ifasında müxtəlif mahnılar səsləndirilib.

Hacıqabul rayon Mərkəzi kitabxanası tərəfindən keçirilmiş “Oxu bayramı” müsabiqəsinin qalibləri və “Kitab bayramı”nın fəal iştirakçıları "Fəxri Fərman" və "Diplom"larla təltif olunub.

Ümummilli liderin adını daşıyan parkda təşkil olunmuş “Kitab bayramı” günün sonunadək davam edib.

Axşam saatlarında isə respublikanın tanımış incəsənət ustalarının ifasında geniş konsert proqramı təşkil olunub, keçirilən konsert proqramı böyük atəşfəşanlıqla sona çatdırılıb.

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Ən çox oxunanalar