Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərim Vəliyev: "Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır"

"Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır"...

Bunu Türkiyənin Zəfər Bayramı ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən mərasimdə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.

"Bu gün qardaş Türkiyənin Zəfər Bayramını təntənəli şəkildə qeyd edirik. Bu gün Azərbaycan və Türkiyə əlaqələri ən yüksək səviyyədədir. Əlaqələrin bu səviyyəyə çatmasında dövlət başçılarının müstəsna xidmətləri var. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və rifahın yüksəlməsinə xidmət edir. İki ölkə arasında döyüş hazırlığı təlimlərinin artırılması nəzərdə tutulub. Yəni iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Türkiyənin Zəfər Bayramını təbrik edir, şəhidlərin xatirəsini dərin ehtiramla anıram", - deyə K.Vəliyev əlavə edib.

Poliqon.info


Etiket: Kərim Vəliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar