Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun yarısını aldı - 400 min manat...

"Maya” ləqəbli falçı Şəfəq İsmiyeva Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün dələduzluq yolu ilə aldığı bir milyon manat pulun bir hissəsini qaytarıb.

Dünən cinayət işi üzrə təqsirləndirilənlər - Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi müəyyən səbəblərdən təxirə salınıb.

Baş verən cinayətə görə Ceyhun Zeynallı özünü günahkar bilmir. Şəfəq İsmiyeva iddiası əsasında Ceyhun Zeynallıdan hamilə olduğu üçün məhkəmənin hökmü ilə sərbəst buraxılıb. Artıq falçı uşaq da dünyaya gətirib.

Şəfəq İsmiyeva aldığı bir milyon pulu Ceyhun Zeynallıya verdiyini iddia edir. Qarşı tərəf isə onu təkzib edir və Şəfəq İsmiyevanın dünyaya gətirdiyi körpəsinin də atası olmadığını söyləyir.

Artıq zərərçəkmiş tərəfə, yəni Rəna Ağarzayevaya 400 min manata yaxın vəsait qaytarılıb.

Xatırladaq ki, Rəna Ağarzayevanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı olduğu deyilir.(azfakt)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ağsuda “Kamaz” yol kənarına aşıb, bir nəfər xəsarət alıb

Ən çox oxunanalar