Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kemeron yenidən qayıtdı... - Britaniyanın Cənubi Qafqaz siyasətində dəyişiklik ola bilər?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İngiltərədə səfərdədir və müxtəlif səviyyədə görüşlər keçirir. Mirzoyanın məqsədi Britaniya ilə strateji tərəfdaşlıq qurmaqdır...

Politoloq: “Britaniyanın xarici siyasətində regionumuza yönəlik hər hansısa ciddi dəyişiklik baş verməyəcək. Əksinə mən müəyyən yaxınlaşmaları da proqnozlaşdırıram”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniya ilə münasibətləri yaxınlaşdırmaqdan daha çox Azərbaycanla Birləşmiş Krallıq arasında olan münasibətlərə zərbə vurmaq əsas məqsədidir”.

Bu sözləri politoloq İlyas Hüseynov Britaniyanın xarici işlər nazirinin yenilənməsini və bunun Cənubi Qafqaz siyasətinə təsirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Böyük Britaniyanın keçmiş Baş naziri, Devid Kemeron gözlənilmədən xarici işlər naziri olub. Eyni zamanda dünəndən başlayaraq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İngiltərədə səfərdədir və müxtəlif səviyyədə görüşlər keçirir. Mirzoyanın məqsədi Britaniya ilə strateji tərəfdaşlıq qurmaqdır. Həmçinin bilirik ki, Britaniya Azərbaycanla xüsusi münasibətlərə sahib olan ölkələrdən biridir.

Kemeronun təyinatı Britaniyanın Cənubi Qafqaz siyasətinə necə təsir edə bilər? Bu siyasətdə hansısa kontur dəyişikliyi baş verə bilərmi?

Ermənistanın xarici işlər nazirinin İngiltərə səfərini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Ermənistan öz ampulasında qalaraq bizim ölkəmizə qarşı əlinə düşən hər fürsətdən, hər platformadan hər müstəvidə istifadə edir və bundan sonra da edəcək”.

Kemeron Azərbaycanı və bizim lideri də çox yaxşı tanıyıdığını nəzərə çatdıran politoloq qeyd edib ki, Kemeron postsovet məkanından məlumatlı olan şəxs kimi prezidentimizin fikirlərinə önəm verir:

Ermənistan daha çox Fransa ilə münasibətlərin qurulmasında maraqlıdır, Fransadan dəstək axtarır. Eyni zamanda Ermənistan müəyyən dövr ərzində anqlosakson siyasətinə də meyl edir və xüsusilə də, Böyük Britaniya ilə münasibətlərin daha da inkişaf etdirilməsində, dərinləşdirilməsində maraqlıdır. Bölgənin geopolitik xarakteri də onu deməyə əsas verir ki, İngiltərənin regionda çox dərin maraqları onilliklər ərzində formalaşmışdır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniya ilə münasibətləri yaxınlaşdırmaqdan daha çox Azərbaycanla Birləşmiş Krallıq arasında olan münasibətlərə zərbə vurmaq əsas məqsədidir. Buna səy göstərirlər. Böyük Britaniyanın aparıcı transmilli şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı vaxtaşırı erməni KİV-lərində də paylaşılır və əsas burada hədəfləri Azərbaycanın Böyük Britaniya ilə olan münasibətlərinə zərbə vurmaq yönündədir. Çalışırlar ki, bu istiqamətdə fəaliyyətlərini genişləndirsinlər.

İlyas Hüseynov: “BBC-nin Rusiya və Vladimir Putinlə bağlı yayılan, çox geniş şəkildə hazırda baxılan buraxılışında da biz görürük ki, Kemeronun müəyyən məsələlərlə bağlı cənab prezident İlham Əliyevlə məsləhətləşməsi, onunla məlumat mübadiləsi aparması halı da bu videoda öz əksini tapıb”.

Digər tərəfdən, qeyd etmək istərdim ki, Ermənistan əlinə düşən hər fürsətdən ölkəmizə qarşı istifadə etməyə çalışır. Maraqlı amil də bundan ibarətdir ki, David Kemeron xarici işlər naziri təyin olunub. BBC-nin Rusiya və Vladimir Putinlə bağlı yayılan, çox geniş şəkildə hazırda baxılan buraxılışında da biz görürük ki, Kemeronun müəyyən məsələlərlə bağlı cənab prezident İlham Əliyevlə məsləhətləşməsi, onunla məlumat mübadiləsi aparması halı da bu videoda öz əksini tapıb. Yəni Kemeron Azərbaycanı və bizim lideri də çox yaxşı tanıyır və postsovet məkanından məlumatlı olan şəxs kimi prezidentimizin fikirlərinə önəm verir.

Bu baxımdan, düşünürəm ki, Britaniyanın xarici siyasətində regionumuza yönəlik hər hansısa ciddi dəyişiklik baş verməyəcək. Əksinə mən müəyyən yaxınlaşmaları da proqnozlaşdırıram. Amma Ermənistan da öz ampulasında qalaraq bizim ölkəmizə qarşı əlinə düşən hər fürsətdən, hər platformadan hər müstəvidə istifadə edir və bundan sonra da edəcək. Erməni xislətinin başa çatması, reallıqları qəbul etməsi, onu həzm etməsi də belə görünür ki, zaman alacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar