Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş deputat: "Buxovlar açılmalıdır"

Müasir elm subut edir ki, insan fəaliyyəti ancaq iki qüvvə altında baş verir: mənafe və qorxu. Mənafe hər yerdə, hər kəsdə vardır. Təkcə Allahın mənafesi yoxdur. Başq sözlə insanda tamah var və bu tamah idarə olunmalıdır! Yeri gələndə ölüm hökümündən də istifadə edilə bilər.

İstəyirsinizsə ki, cəmiyyətdə nizam-intizam olsun, onda mənəvi və inzibatı qüvvələrdən istifadə edərək tamah idarə edilməlidir. Sovet dövründə bu inzibatı qüvvə qılıncdan kəsərli partiya büroları idi. Oğurlamaq imkanı olan hər kəs bürodan qorxurdu. Tamah dişinə dur deyirdi. Ondan əvvəlki dövrlərdə mənəvi güc olan “vicdan” kateqoriyası tamahı tənziməyirdi. İllər öncə yüksək mikrofondan eşitdik ki, "vicdan" da ölkəmizdə gücdən düşüb. Nəticədə general əsgər siqaretlərini öz xeyrinə satdırır.

Tələbəm Etibar Əliyevin DİM sədri Məleykə Abbaszadənin "Ali təhsil sistemi dəyişməlidir" tezisi ilə bağlı yazdığı postunun altından mən də qol çəkirəm. Ancaq ələvəm də var. Ali məktəblərdə dəyşiliklərə ehtiyac yoxdur. Ali təhsilin qıçına vurulmuş buxov acılsa, ali təhsil düzələr. Buxovu açmaq lazımdır. Uzun illərdi deyirik ki, abituriyentlər test imtahanlarının nəticələrinə görə universitetləri özləri seçməlidir. Heç bir qurum (dövlət və ya qht) onları ali məktəblərə yerləşdirməməlidir. Liberal düşüncə bunu diktə edir. Belə olsa hər kəs istədiyi ixtisası seçər, istədiyi şəhərdə və universitetdə təhsil alar. Bu, buxovun birincisi.

İkinci elmlər doktoru adı almaq üçün ikinci müdafiəyə ehtiyac yoxdur. Orta məktəbi bitirən, orta təhsilli, ali məktəbi bitirən ali təhsili olur. Elmi iş yazıb alim adını qazananda alimdir. Böyük alim adı almaq üçün əlavə müdafiəyə ehtiyac yoxdur. Professor adını universitetlər verməlidir. Bu da ikinci açılası buxov.

Hesab edirəm ki, elm və təhsil sistemi inkişafını dayandıran bu iki buxov açılarsa, əlavə tədbirə ehtiyac qalmaz.

Şahlar Əsgərov, Əməkdar elm xadimi, professor

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar