Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kataloniya separatizmi: Seçkilər İspaniyanı daha sərt mövqeyə sürükləyir

Şenhan Bolelli

“Anadolu News Agency” (Türkiyə)


İspaniya hökuməti ölkənin şərqindəki Kataloniya muxtar bölgəsində 2010-cu ildən bəri davam edən müstəqillik əldə etmə cəhdlərinə ilk dəfə sərt təpki göstərib.

2010-cu ildə Konstitusiya Məhkəməsinin qərarı Kataloniyada yeni muxtariyyət hüquqlarının əhəmiyyətli bir qismini qayçılayıb və 2011-ci ilin iqtisadi böhran zamanı artan müstəqillik cəhdlərinin qarşısına dövlət mexanizmlərinin işə düşməsi ilə müəyyən sədd çəkilib.

Kataloniyanın yerli rəhbərliyi müstəqillik tələbi ilə əlaqədar atdığı addımlara indiyə qədər məhkəmə ilə cavab verən İspaniya hökuməti milli suverenlikdən qaynaqlanan bütün qanuni hüquqları səbəb göstərərək təhlükəsizlik güclərini məsələyə cəlb edib.

Qeyri-qanuni olmasına baxmayaraq, Kataloniyada 9 noyabr 2014-cü ildə müstəqillik tərəfdarlarının referendum keçirməsinə göz yuman hökumət yenə qeyri-qanuni 1 oktyabr müstəqillik referendumu qərarına qarşı bu dəfə əvvəldən hərəkətə keçib.

Sabiq Kataloniya lideri Artur Mas və yerli hökumətin üç üzvü 9 noyabr 2014-cü il ümumxalq səsverməsinə cavabdeh olmalarına görə 1,5 və 2 il müddətinə ictimai vəzifələrdən uzaqlaşdırılıb. Mas və digərləri ilə bərabər, Kataloniyadakı yeddi rəsminin referendum üçün xərclənən təxminən 5 milyon avronu geri ödəməsi barədə qərar çıxarılıb.

Kataloniya başçısı Karles Piqdemont, Məclis başçısı Karmi Forkadell, hökumət üzvləri və Divanın beş üzvü üç ayrı-ayrı ittiham üzrə istintaqa cəlb olunub.

Kataloniya hökumətinin İspaniya hökumətinin xəbərdarlıqlarını heçə sayaraq, 1 Oktyabrda referenduma israr etməsi ucbatından ölkənin demokratiya tarixində ilk dəfə jandarma muxtar rəhbərliyin binalarına basqın təşkil edib.

Muxtar rəhbərliyə bağlı iqtisadi, maliyyə, ictimai təhlükəsizlik, təhsil və s. (41 təşkilat və qurum) basqın edən jandarma referendumla bağlı bütün sənədləri müsadirə edib və 14 rəsmini yaxalayıb.

Kataloniya polisi “Mossos d`Esquadra”nın həmin əməliyyatlarda mümkün olduğu qədər uzaqda qalması diqqəti çəkib.

İspaniyanın baş naziri Mariano Raxoy jandarmın Kataloniyada icra etdiyi əməliyyatı "İspaniya hökuməti, Konstitusiya Məhkəməsi onların qərarlarını və qanunları tapdalayanlara qarşı, əlbəttə, təpki göstərmək məcburiyyətində idi", – deyə izah edib.

Ana müxalifətdəki Sosialist İşçi Partiyası (PSOE), dördüncü böyük siyasi partiya mövqeyindəki “Ciudadanos” təhlükəsizlik gücləri, məhkəmə və medianın böyük bir qisminin İspaniya hökumətinə dəstək verməsi, Kataloniya böhranına qarşı atılan addımlarda Raxoyun əlini gücləndirib.

Əməliyyatlardan sonra 1 Oktyabrda Kataloniyada müstəqillik referendumunun keçirilməyəcəyi fikri üstünlük qazanarkən, mövcud siyasi-ictimai böhranın daha da dərinləşəcəyi ümumi fikri dilə gətirilir.

İspaniya hökumətinin mövqeyinə indiyə qədər sülh nümayişlərlə etiraz edən Kataloniyadakı müstəqillik tərəfdarlarının 1 Oktyabr və sonrasında küçələri doldurmağa davam etməsi gözlənilir.

İndiyə qədər nümayişçilərə qarşı güc istifadə etməməyə böyük diqqət göstərən jandarma və polis separatçıların fiziki müdaxiləsi olmadığı müddətcə sakit qalacaq.

Hökumətin təpkisinin müstəqillik cəhdlərindən imtina olunmadığı müddətcə davam etməsi gözlənilir.

Kataloniyadakı müstəqillik cəhdlərinin, böyük ehtimalla 2018-ci ilin əvvəllərindəki erkən seçkilərin nəticəsinə görə dəqiqlik qazanması gözlənilir. Seçkidə müstəqillik tərəfdarlarının yerli parlamentdə əksəriyyəti əldə etdiyi halda İspaniya mərkəzi hökumətinin bütün muxtar hüquqları ləğv edəcəyi şəksizdir.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar