Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kartofun içində türməyə narkotik keçirmək istədi - Foto

1 saylı cəzaçəkmə və Müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.4; 181.2.5; 177.2.1; 177.2.2; 177.2.3; 326.2; 66.3 və 67-ci maddələrinə əsasən təqsirli bilinərək 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Xəlilov Şafaddin Fidayət oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu Bakı şəhər sakini Xəlilov Tahir Şafəddin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan kartofun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 7,2 qram olan narkotik maddə - heroin aşkar edilib.

Həmçinin sən təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Müalicə müəssisəsində cəza çəkən məhkum Şərifov Etiram Bəxtiyar oğluna tanışı Abşeron rayon sakini Rəsulzadə Bayram Fatik oğlu tərəfindən göndərilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan hamam dəsmalının tikiş yerlərində xüsusi üsulla gizlədilmiş 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,007 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,448 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar