Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanadadan “Venesuela” açıqlaması: “Hərbi müdaxilə üçün çox tezdir”

Kanadanın müdafiə naziri Harjit Sajjan rəsmi yayım orqanı CBC-yə etdiyi açıqlamada, Venesuelanı bürüyən siyasi böhrana qarşı hərbi müdaxilə haqda düşünməyin çox erkən olduğunu deyib

Sajjan, "Hər hansı bir hərbi müdaxilə ilə bağlı bir mübahisə etməyin çox erkən olduğunu düşünürəm. Diplomatik sahədəki səyləri qəbul etməklə mütəxəssislərin irəliləyişinə imkan verməliyik" deyib.
Hələlik diplomatik həll yollarına diqqət yetirilməsi lazım olduğunu bildirən Sajjan, "Hökumətlər arasında sülhə bir keçidin baş verdiyindən əmin olmaq üçün görülməsi lazım olan çox iş olduğunu düşünürəm. Bu yolların tapılmasına ehtiyac görürəm, çünki hərbi müdaxilə üçün çox tezdir" deyə söyləyib.

Kanadanın baş naziri Quaido ilə telefonla danışıb

KanadaNnın baş naziri Justin Trudeau-nun özünü Venesuelanın müvəqqəti prezident elan edən Milli Məclisin ədri Xuan Guaido ilə telefon danışığı apardığı bildirilib.
Kanada Baş Nazirliyinin ofisindən, "İki lider Maduro rejiminin legitimliyi və Venesuela Konstitusiyasına hörmət göstərilməsi lazım olduğu barədə aydın mesaj göndərərək beynəlxalq birliyin əhəmiyyətini müzakirə edib. Hər ikisi də azad və ədalətli prezident seçkilərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Baş nazir Trudeau Xuan Guaidoya Kanadanın davamlı dəstəyini bildirib. Xuan Guaido da Venesuela Konstitusiyasına uyğun olaraq demokratiyaya dinc keçid öhdəliyini bəyan edib" deyə bildiriblər.

Lima qrupu Kanadada toplaşır

Venesuela böhranında Maduroya qarşı yaranan Lima Qrupu ölkələrinin nümayəndələri bu gün Kanadanın paytaxtı Ottavada bir araya gəlir.
Kanadanın xarici işlər naziri Çrystia Freelandin ev sahibliyində keçiriləcək Lima Qrupu 10-ci Nazirlər Toplantısında Latın Amerikası və Karib ölkələrindən nazir və ya nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Kanada ABŞ prezidenti Donald Trampın Məclis sədri Xuan Guaidonu dövlət başçısı kimi tanıdığını açıqlamasından sonra Guaidoya dəstəyini səsləndirmişdi. (müxalifət.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar