Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamil Zeynallının 10 yaşlı qızının maşın sürməsinə DİN-dən reaksiya - Yenilənib, Video

“Bu çox yalnış bir addım və kobud qayda pozuntusudur. Biz yol hərəkəti qaydasından, insanların təhlükəsizliyindən danışırıq. 10 yaşlı uşağa idarə etməsi üçün avtomobil əmanət etmək nə deməkdir? Bu ağla, şüura, qanunvericiliyə ziddir və cəzası var”.

Bu sözləri Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məşqçi Kamil Zeynallının 10 yaşlı qızının avtomobil idarə etməsinə münasibət bildirərkən qeyd edib.

A.Əsgərli onu da vurğulayıb ki, tanınmış simaların bu cür davranışlara yol verməsi təəssüf hissi doğurur.

“Kamil Zeynallı cəmiyyətdə tanınan simadır. Tanınan adamların da bu cür davranışları,ümumiyyətlə, yolverilməzdir. Təbii ki, bu fakt araşdırılacaq və hüquqi qiymət veriləcək. Bir insan cəmiyyətdə tanınırsa, qayda pozmaqla yox, nümunəvi hərəkətlər etməlidir. Ən əsası da qanunun aliliyi prinsiplərinin təbliğatçısı olmalıdır. Sürücülük hüququ olmayan, xüsusilə də azyaşlı uşağa avtomobil həvalə etmək olduqca təhlükəlidir. Qanunla sürücülük hüququ olmayan şəxsə 100 AZN, onu idarə etməyə verən fiziki şəxsə isə 60 AZN cərimə nəzərdə tutulub. Lakin burda digər tərəf məsuliyyətə cəlb etmə yaşında deyil, elə faciə də burasıdır ki, sükan uşağa verilib. 10 yaşlı uşağı cərimə etmək olmaz, qanunvericilik buna icazə vermir. Bu, onun valideyninin, yaxınının bağışlanılmaz səhvidir. Əgər bunu edibsə və videonu da paylaşıbsa, bu don geyindirilməyəcək, əsas gətirilməyəcək səhvdir”.

***

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı yeni paylaşımı ilə diqqət çəkib.

Oxu.Az xəbər verir ki, Kamil 10 yaşlı qızı Sahilənin maşın sürüb, at çapdığı anları sosial şəbəkə hesabında paylaşıb.

K.Zeynallı paylaşımına: “İctimai nəqliyyatın və insanların olmadığı təhlükəsiz yerdə sürürdük. Neçə aydır ki, qızıma avtomobil sürməyi öyrədirəm. Bir silah atmağı öyrənməyi qalıb, o da tezliklə...” - deyə qeyd edib.

Qeyd edək ki, Kamil 2010-cu ildə müğənni Gülay Zeynallı ilə ailə həyatı qurub. Onların bu münasibətdən bir qızı var.

Sözügedən paylaşımı təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar