Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamala Harris: Qəzzaya qoşun göndərmək planımız yoxdur

ABŞ İsrail və ya Qəzza zolağına qoşun yeritmək niyyətində deyil...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris CBS News telekanalına müsahibəsində bildirib.

Vitse-prezident ölkəsinin silahlı qüvvələrinin Yaxın Şərqdəki münaqişəyə cəlb olunması ehtimalını şərh edib:

“Bizim İsrailə və ya Qəzza zolağına qoşun göndərməklə bağlı heç bir niyyətimiz və ya planımız yoxdur”.

Harris Co Bayden administrasiyasının mövqeyini xatırladıb. Bildirib ki, İsrailin özünü müdafiə etmək hüququ var, lakin Qəzza zolağındakı mülki şəxslər də təhlükəsizliyə zəmanət verilməlidir. Harris qeyd edib ki, HƏMAS və anklavın mülki əhalisi arasında fərq qoyulmalıdır.

“Və biz açıq şəkildə bildirdik ki, müharibə qaydalarına riayət edilməlidir və Qəzzaya humanitar yardım daxil olmalıdır”, deyə ABŞ-ın vitse-prezidenti bildirib.

Qeyd edək ki, ABŞ-ın İsrailin əməliyyatı ərəfəsində Yaxın Şərq ölkələrinə onlarla hava hücumundan müdafiə sistemi yerləşdirəcəyi deyilir. Bir neçə belə sistemin İordaniya, Suriya, İraqSəudiyyə Ərəbistanında quraşdırılacağı bildirilir. Pentaqon ABŞ-ın Terminal High Altitude Area Defense (THAAD) raket əleyhinə müdafiə sisteminin batareyasını və əlavə “Patriot” zenit-raket komplekslərinin (SAM) batalyonlarını bölgəyə göndərəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Ən çox oxunanalar