Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlərin Şuşa səfərində nə baş verib? – Aydınlıq gətirildi

Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən Beynəlxalq Media Forumundan sonra baş verənlərə aydınlıq gətirilib.

Pravda.az-ın xəbərinə görə, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, məsələni şişirtməyə ehtiyac yoxdur.

“O stolda 4 nəfər olub, biri də mən olmuşam. Qısa müddətə Zaur (Şuşa Dövlət Qoruğu İdarəsinin İdarəsinə İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənovu nəzərdə tutur- red) qoşulub. Məlum əsəbilikdən sonra da hamımız avtobuslara oturub, hava limanına gəlib, Bakıya qayıtmışıq. “Hadisədən sonra insanları hotellərə yerləşdiriblər” kimi fantaziyalarınızı başqa vaxta saxlayın. Orada müqəddəs şəhidlərimizlə bağlı ən xırda söz belə, işlədilməyib və işlədilə də bilməzdi. Bəziləri özlərini “çox ağıllı” göstərmək istəyirlər. Orada olan hadisə isə başqa bir şəxslə bağlı olub və Eynullanın (“Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayevi nəzərdə tutur-red) əsəbilik göstərməsi ona görə idi. Bilən də yazır, bilməyən də... Ayıbdır! Məsələni şişirtmək istəyənlər özlərini yığışdırsınlar. Hər halda hadisə mənim yanımda olub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin" - Ü.Cəfərli vurğulayıb.

E.Fətullayev də baş verənlərlə bağlı müzakirələrə reaksiya verib.

“Hörmətli trolların və onların kuratorlarının nəzərinə! Şuşa şəhərində, son illər ərzində ilk dəfə media ilə bağlı möhtəşəm tədbir keçirildi. Dünyagörüşlərin toqquşması, yeni trendlər, geosiyasi təlatümlər içində olan dünyanın yeni qütblərində gedən savaş və digər aktual mövzular barəsində açıq və maraqlı müzakirə oldu. Yeni düşüncəyə və demokratik ənənəyə görə MEDİA Agentliyinə və şəxsən Prezidentin köməkçisi Hikmət Hacıyevə təşəkkür edirəm. Tədbirdən sonra kiçik ziyafət oldu. Trollar və onların kuratorları bu ziyafətə, xüsusilə bizim masaya tərəf diqqəti yönəltməyə cəhd edirlər. Əslində, nə baş verib? Masada mən, həmkarlarım və dostlarım - Murad Dadaşov, Elbrus Erud və Üzeyir Cəfərli əyləşmişdi. Bu arada masamıza Elbrus Erudun dəvətilə Şuşa qoruğunun əməkdaşı Zaur Həsənov gəldi. Həmkarlarıma Şuşa şəhərinin başçısı Aydın Kərimovun Bakı portundandakı fəaliyyətindən bəhs edirdim. Bu fikirlərim Zaur Həsənovun xoşuna gəlmədi və o, etirazını bildirmək istəyərkən xahiş etdim ki, masamızı tərk etsin. Əhvalımızı pozmasın... Sonra təkidlə xahiş etdim. Və məmur çıxıb getdi. Bu qədər bəsit. Bir halda ki, kuratorlar bu xırda, “məişət” söhbəti ətrafında trol hücumu sifariş veriblər, o zaman heç olmasa əhvalatı olduğu kimi təqdim edin. Onsuz da gördüyünüz digər işlər kimi bu trollinq də effektsizdir. Sizdən fərqli olaraq hədəfi həmişə sərrast vururam, bunu nəzərə alın! Hələlik bu qədər...” – E.Fətullayev qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Ən çox oxunanalar