Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISW: Rusiya Müdafiə Nazirliyi Baxmutu ələ keçirmək üçün “Vaqner”i gücləndirir...

Hesabatda qeyd edilir ki, son günlər Priqojin Rusiya Müdafiə Nazirliyinə açıq-aşkar hücumlarını azaldıb...

Rusiya Müdafiə Nazirliyi “Vaqner qrupu”nun lideri Yevgeni Priqojinlə Müdafiə Nazirliyinin rəhbərliyi arasında görünən gərginliyə baxmayaraq, Baxmutun ələ keçirilməsini başa çatdırmaq üçün “Vaqner” muzdluları ilə daha sıx əməkdaşlıq etməyə çalışır.

Poliqon xəbər verir kİ, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun son hesabatında bildirilir.

Analitiklər qeyd edirlər ki, bunu Rusiya Hava-Desant Qoşunlarının komandanı Mixail Teplinskinin yenidən təyin olunması sübut edir. Qeyd edilir ki, bu ilin əvvəlində Teplinski Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən bu vəzifədən azad edilmişdi.

Hesabatda qeyd edilir ki, son günlər Priqojin Rusiya Müdafiə Nazirliyinə açıq-aşkar hücumlarını azaldıb. Rusiyalı hərbi bloqerlər bildirirlər ki, hazırda “Vaqner qrupu” Baxmutda müasir T-90 tanklarından istifadə edir və bu da Rusiya rəhbərliyinin “Vaqner”i Baxmutu ələ keçirmək üçün daha təkmil vasitələrlə təmin etdiyini göstərir.

Analitiklərin fikrincə, Rusiya hərbi komandanlığı Ukraynada hücum əməliyyatları üçün ağırlığı getdikcə daha çox hava-desant qoşunlarının üzərinə keçirir. Bununla belə, hesabatda qeyd edilir ki, Teplinski Ukraynadakı əhəmiyyətli itkilərə görə, Hava Desant Qüvvələrinin elit birlik kimi əvvəlki statusunu bərpa etməyə çətin ki, nail ola biilsin.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Ən çox oxunanalar