Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveç tarixində ən uzun siyasi böhran başa çatmaq üzrədir

İsveç tarixində ən uzun siyasi böhran başa çatmaq üzrədir

Mərkəz Partiyası mühacirətin əleyhinə olan sağçı millətçi İsveç Demokratları Partiyasının güclənməsinə mane olmağa çalışaraq sosial-demokratlarla səylərini birləşdirib. Beləliklə, bütün siyasi məsələlərə dair fikir ayrılıqları fonunda 4 aydan bəri davam edən yeni hökumət formalaşdırmaq cəhdləri başa çatmaq üzrədir.

Sosial-demokratların lideri Stefan Löven 4 aydan bəri davam edən danışıqlara son qoyulması barədə nisbətən kiçik müxalifətçi partiyalarla saziş bağlayıb. Lövenin ikinci müddətə baş nazir vəzifəsində işə başlaması üçün çox ehtimal ki, çərşənbə günü parlamentdə bu məsələyə dair səsvermə aparılacaq. Səsvermə barədə artıq bu gün rəsmi anons veriləcəyi gözlənilir.

Ötən istirahət günlərində Mərkəz Partiyası və sosial-demokratlar arasında razılaşma əldə edilib. Hərçənd, jurnalistlər bəzi daxili ziddiyyətlərin qalmasını qeyd edirlər. Bu addım mötədil koalisiya partiyasının başçılıq etdiyi əvvəlki müxalifəti parçalayıb. Nəticədə sosial-demokratların 4 il davam etmiş hakimiyyətindən sonra dəyişikliklər baş verməsini tələb edən seçicilərin çoxu qəzəblənə bilər. Lakin yeni saziş nəticəsində sosial-demokratlar və "Yaşıllar" bloku yenidən hökumət formalaşdırmaq şansı əldə edir.

Xatırladaq ki, ötən il sentyabrın 9-da İsveç Parlamentinə (Riksdaqa) seçkilərdə Sosial Demokrat Partiyası ilə yanaşı Yaşıllar Partiyasının və İsveç Solçu Partiyasının da daxil olduğu qırmızı-yaşıl blok cüzi fərqlə qalib gəlib: bu blok 40,7 faiz, onun rəqibi olan sağ-mərkəzçi alyans isə 40,2 faiz səs toplayıb. Beləliklə, bu iki blokdan birincisi 144, ikincisi 143 mandat əldə edib. İndi əlavə dəstək alan qırmızı-yaşıl blok Riksdaqdakı 349 yerdən 167-sini tutmağa ümid edir, lakin bu halda da çoxluğa nail ola bilməyəcək. Bununla belə, İsveç siyasətində azlığın hökuməti anlayışı normal qəbul edilir.(azərtac)

pia.az


Etiket: Siyasi böhran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Ən çox oxunanalar