Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində “Zəfərə gedən yol” adlı tədbir-sərgi keçirilib - Fotolar

Aprelin 5-i saat 1200-da Azərbaycan İstiqlal muzeyində yaşadığımız möhtəşəm zəfərin başlanğıcı olan Aprel döyüşlərinə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir-sərgi keçirildi.

İlk öncə Aprel döyüşləri, daha sonra 44 günlük Vətən müharibəsi həqiqətən də Azərbaycan ordusunun və xalqının qəhrəmanlığını dünyaya sübut etdi. Əldə olunan möhtəşəm zəfər Ali Baş Komandanın dəmir yumruğunun ətrafında sıx birləşən xalqımızın həmrəyliyi, Azərbaycan ordusunun məğlubedilməzliyi sayəsində mümkün oldu.

Ötən ilin oktyabrından etibarən vətənpərvərliyin təbliği və Azərbaycan İstiqlal muzeyinin, eləcə də yeni yaradılacaq Zəfər muzeyinin fondunun zənginləşdirilməsi məqsədi ilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində 10 tədbir-sərgi keçirilmişdir. Azərbaycan hərb tarixinin qəhrəmanlıq səhifəsi olan Aprel döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir-sərgi bu layihənin davamı olaraq baş tutdu.

Sərgidə Aprel döyüşləri zamanı Vətən yolunda qəhrəmancasına şəhid olan- Milli qəhrəman mayor İmanov Samid, polkovnik-leytenant Orucov Raquf, baş leytenant İsgəndərov Elnur, gizir Müstəcəbov Orxan, Teymurov Pəncəli, Səfərov Elimdar, Cavadzadə Şahin, kiçik gizir Baxışov Seymur, əsgər Novruzov Fəraim, Qurbanlı Fəxrəddin, Axundov Əbdülməcid, Orucov Müşfiqin həyat və döyüş yollarını özündə əks etdirən, muzeyin fondlarında qorunub saxlanılan 200-dən çox müxtəlif şəxsi əşyalar, sənədlər və fotoşəkillər nümayiş olundu.
Torpaqlarımız uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq və onları daim qürur hissi ilə yad edəcəyik.
Tədbirdə şəhid ailələri, qazilər, Asan xidmət könüllüləri və digər qonaqlar iştirak etdilər.

Sərgi aprelin 12-nə qədər davam edəcək.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar