Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində “Tarixin izi ilə” növbəti tədbir – sərgi keçirilib

Sentyabrın 26-da Azərbaycan İstiqlal Muzeyinini təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Tarixin izi ilə” növbəti tədbir – sərgi keçirilib...

Tədbirdə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun, hərbiçilərinin göstərdikləri qəhrəmanlıq nəticəsində 30 ilə yaxın işğalda qalmış torpaqlarımızın azad olunmasından söhbət açılıb. Ümummilli lider Heydər Əliyevin siaysi xəttinin davamçısı Ali baş komandan cənab Prezident İlham Əliyevin “Dəmir Yumruğunun” ətrafında Azərbaycan xalqı sıx birləşərək vətən həsrətinə son qoydu.

Qeyd edilib ki, Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daima Azərbaycan Dövlətinin və Prezident cənab İlham Əliyevin nəzərində olmuşdur. 
Daha sonra tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, şəhid kapitan Kamil Şirinovun atası Əliş Şirinov, şəhid kapitan Fərid Dursunovun həyat yoldaşı Məryam Dursunova, şəhid kapitan Samir Mikayıllının atası Sabir Mikayıllı, şəhid baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəlizadə       , şəhid əsgər Əfqan Nəsirovun anası Kamalə Nəsirova, şəhid əsgər Səbuhi Sadıqovun anası Yeganə Sadıqova və şəhid çavuş Hilal İmanzadənin anası Rəfiqə İmanzadə çıxış ediblər.

Tədbirdə şəhid ailələri, Azərbaycan DSX Akademiyasının kursantları, Xəzər rayonu 218 saylı tam orta məktəbin müəllim və şagirdləri, digər qonaqlar iştirak ediblər.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi oktyabr ayının 3-nə qədər davam edəcək.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Əməkdar artist Hissi tanımadı: “Hissdir, kömürdür, bilmirəm” - Video

Ən çox oxunanalar