Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə nazir bölgüsü ilə bağlı xaos: Netanyahu hökuməti formalaşdıra bilmir

İsraildə nazirliklərin bölüşdürülməsi ilə bağlı mübahisə hökuməti qurmaq vəzifəsi daşıyan "Likud" Partiyasının lideri Binyamin Netanyahunu çətin vəziyyətə salıb...

PİA.az xəbər verir ki, İsrail mediyasına görə, İsraildə yeni hökumətin qurulması prosesində hələlik razılıq əldə olunmayıb.

Netanyahu ilə müdafiə naziri postuna keçmək istəyən Sionistlər partiyasının lideri Bezalel Smotriç arasında fikir ayrılığının olduğu diqqətə çatdırılıb.

İki lider arasında dünənki görüşün gərgin atmosferdə keçdiyi bildirilən xəbərdə Netanyahunun Müdafiə Nazirliyinin Smotriçə təhvil verilməsinin ABŞ rəhbərliyi ilə qarşıdurmaya səbəb olacağından narahat olduğu bildirilib.

Sionist lider Smotriçin görüş zamanı "Amerikalılar kimin nazir təyin ediləcəyini müəyyən edirmi?" - sualı vəziyyəti daha da gərginləşdirib.

"Jerusalem Post" qəzetinin bu gün dərc etdiyi xəbərində Netanyahunun etimadı doğrultması üçün hökumətin çərşənbə günü İsrail parlamentinə təqdim etməyi planlaşdırdığı bildirilib.

Qəzetin xəbərində bildirilirdi ki, Netanyahunun tarixi təyin etməklə Smotriçə danışıqlarda əməkdaşlıq etməsi və tələblərini yüngülləşdirməsi üçün təzyiq etmək məqsədi güdür.

Qeyd edək ki, son illərdə erkən seçki və koalisiya böhranında olan İsraildə noyabrın 1-də keçirilən növbədənkənar ümumi seçkilərdə keçmiş baş nazir və müxalifət lideri Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ blok 64 deputat əldə edərək qələbə qazanmışdı.

Qeyd edək ki, Netanyahu hökumətinin etimad səsi ala bilməsi üçün 120 deputatı olan İsrail parlamentində 61 deputatın dəstəyi yetərlidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar