Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ordusu hökumətə Rəfahın boşaldılması planını təqdim edib

İsrailin hərbi-siyasi kabinetinə Qəzza zolağının cənubundakı Rəfah şəhərindən fələstinlilərin təxliyəsi planı təqdim edilib...

Poliqon xəbər verir ki, bu barədə Baş nazirliyin ofisindən məlumat verilib. Məlumatda qeyd olunur ki, İsrailin Müdafiə Ordusu “qarşıdan gələn əməliyyat planını” höküçətə təqdim edib.

“The Times of Israel” nəşri yazır ki, hökumət Qəzza zolağının cənubuna humanitar yardımın göstərilməsini də təsdiqləyib. Bu humanitar yardım “Qəzza zolağının şimalında və digər ərazilərdə baş vermiş qarətlərin qarşısını alacaq” şəkildə çatdırılacaq.

Qeyd edək ki, fevralın əvvəlində Benyamin Netanyahu Misirlə sərhəddə yerləşən Rəfah şəhərində genişmiqyaslı əməliyyat keçirmək niyyətində olduğunu bəyan edib. Netanyahu orduya əhalinin təxliyəsi və Fələstinin HƏMAS hərəkatının batalyonlarının məhv edilməsi planını təmin etməyi tapşırıb. ABŞ Dövlət Departamenti əməliyyatın indi həyata keçiriləcəyi təqdirdə fəlakət olacağını bildirib. BMT-nin məlumatına görə, müharibə səbəbindən 1,4 milyon insan Rəfaha sığınır.

Bir gün əvvəl, fevralın 25-də Netanyahu etiraf etmişdi ki, tərəflər girovlarla bağlı razılığa gələrsə, Rəfahdakı əməliyyatı təxirə salacaq. Bununla belə, o, əməliyyatın qaçılmaz olduğuna işarə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Ən çox oxunanalar