Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslam dünyası və Əfqanıstandan Türkiyəyə gedən xətt

İslam dünyasının müasirliklə barışmaması ilə bağlı fərziyyələr özünə daha çox tərəfdaş tapa bilir...

Sedat Ergin
“Hürriyet” qəzeti, Türkiyə, 3 sentyabr 2021-ci il

Qarşıdakı dövrdə Əfqanıstandan gələn xəbərlərdə üstünlük təşkil edəcək mövzular artıq formalaşmaqdadır.

“Hürriyet”in birinci səhifəsində çıxan bir xəbərdə ABŞ-ın geri çəkilməsindən sonra tamamilə “Taliban” nəzarətinə keçən Kabildə həyat tərzinin kökündən dəyişdiyi, gənclərin və qızların getdikləri kafelərin bağlandığı, musiqinin yasaqlandığı, televiziyada sevgi və macəra janrında olan serialların qadağan edildiyi və Qərb üslubunda olan geyimlərin ənənəvi geyimlərlə əvəz olunduğu deyilir.

Digər bir xəbərdə isə Qəndəhar əyalətində televiziya və radio kanallarında musiqi və qadın səsinin qadağan edildiyi bildirilib. Başqa bir hesabatda da yeni dövrdə əfqanıstanlı qadınların universitetə ​​gedə biləcəyi, ancaq kişilərlə eyni siniflərdə oxuya bilməyəcəkləri və kişi müəllimlərdən dərs ala bilməyəcəkləri ifadə edilib.

Bəs eyni dərsi öyrədən qadın müəllimlər olmasa nə olacaq? Buna cavab olaraq, yəqin ki, “heç öyrənməsinlər” deyəcəklər.

Əfqanıstanın müxtəlif əyalətlərindən gələn bu istiqamətdə xəbərlərin intensivliyinin sonrakı günlərdə daha da artacağına şahid olacağıq. Bir sözlə, rənglərin qaraldığı və musiqi səsinin kəsildiyi bir həyat Əfqanıstanda sürətlə yayılır.

Kabilə hakim olan təfəkkür də qadınların həyatını böyük ölçüdə evlə məhdudlaşdırır, daha doğrusu onlara həyatı qadağan edir. “Taliban” fəlsəfəsi qadının cəmiyyətdəki rolunun, enerjisinin və bir sözlə, yaşamaq hüququnun zülmlə boğulduğu bir həyat tətbiq edir.

Nəticədə, qədim zamanlarda qalmalı olan şəriətin yeni versiyası ilə toxunan qalın bir pərdə yavaş-yavaş Əfqanıstanda bütün cəmiyyəti əhatə etməyə başlayıb.

İndi İslam dünyasının Əfqanıstan sərhədləri xaricindəki hissəsini düşündürən məsələnin əsas hissəsinə keçid edək. Qarşıdakı günlərdə Əfqanıstanda artmaq ehtimalı olan bu istiqamətdəki xəbərlər dünya ictimaiyyətində həmişə İslamçı bir rəhbərliyin təsəvvürü adlandırılır və bu kontekstdə, təəssüf ki, birbaşa dinlə əlaqələndirilir.

21-ci əsrin birinci rübünün sonuna yaxınlaşarkən İslam dünyası üçün ilk növbədə qeyd etdiyimiz “Taliban” düşüncəsinə məxsus tətbiqlərin İslamla əlaqəli olması böyük bir bədbəxtlikdir.

Bu baxımdan atılan addımlar, xüsusilə Qərb dünyasında İslama qarşı olan problemli fikirləri daha da gücləndirmək potensialına malikdir.

İslam dünyasının müasirliklə barışmaması ilə bağlı fərziyyələr özünə daha çox tərəfdaş tapa bilər.

Üstəlik, “Taliban”ın gücləndirdiyi bu problemli düşüncə birbaşa din yolu ilə terroru qanuniləşdirməyə çalışan və özlərini İslamçı adlandıran “Əl-Qaidə” və İŞİD kimi təşkilatların etdiklərini daha da təsirli hala gətirir.

Mövzunun terror ölçüsünə, yaşamaq hüququna və insan haqlarına gəldikdə isə yeni dövrdə “Taliban”ı gözləyən ciddi bir sınaq var. Bunun səbəbi də “Taliban”ın “Əl-Qaidə” ilə sıx əlaqələri səbəbindən özünü terrorizmdən nə qədər uzaqlaşdıra biləcəyi sualı hələ də qaranlıq məqamdır. Ötən həftə İŞİD-in Kabil hava limanında təşkil etdiyi terror aktları “Taliban”ın hələ də “Əl-Qaidə”yə himayədarlıq etdiyini inkar etmir və bu gün Əfqanıstanı idarə etməyi öz üzərinə götürən təşkilatın geniş cinayət keçmişini düzəldə bilmir.

Avqustun 19-da BMT Təhlükəsizlik Şurasında Əfqanıstanın xüsusi sessiyasına dəvət olunmuş əfqan ziyalısı David Muradianın çıxışında, xüsusən də terror mövzusundakı təsbitləri vurğulamaq lazımdır. Muradian deyir ki, həm terrorçular, həm də qurbanların əksəriyyəti müsəlman olsa da, bu həqiqət qarşısında İslam dünyası passiv bir müşahidəçi kimi qalır və öz məsuliyyətini üzərinə götürmür.

Şübhəsiz ki, bu kontekstdə Türkiyə əhəmiyyətli bir istisna olaraq görülməlidir. Bu arada İslam Konfransı Təşkilatının bu sahədə heç bir varlıq göstərə bilmədiyini də qeyd etməliyik.

Üstəlik, “Taliban” sükan arxasına keçdikdən sonra Əfqanıstana yerləşən mənzərə qarşısında İslam dünyasının əksəriyyətinin münasibətinin çox fərqli olacağını gözləmək qeyri-realdır.

Əslində, Əfqanıstan oxunda İslam dünyası ilə əlaqədar qeyd etdiyimiz yanaşmanı ləğv etmək mümkündür. Bunun üçün çox uzağa getmək lazım deyil. Bu gün İslam Konfransına üzv olan 57 ölkə arasında demokratik institutlar, plüralist bir cəmiyyəti yaşada bilən, bazar iqtisadiyyatını davam etdirən, həmçinin, qadın hüquqları bərabərliyini qəbul edib ona cəmiyyətdə güclü bir rol verən tək ölkə Türkiyədir.

Bunu deyərkən Türkiyənin demokratiya və qanunun aliliyi kimi sahələrdə bu gün üzləşdiyi ciddi problemləri gözardı etmirəm. Bununla belə, gələcəkdə demokratik proseslər yolu ilə birtəhər həll edə biləcəyi bu problemlərin mövcudluğunda belə, Türkiyə bu gün hələ də fərqli bir hekayə təqdim edə bilir.

Bəlkə də, “Ərəb Baharı”nın yeganə uğurlu nümunəsi olaraq ortaya çıxan və demokratiyaya keçid edən, lakin son zamanlarda büdrəməyə başlayan Tunisin daha məhdud bir şəkildə bu kateqoriyaya daxil edildiyini düşünmək olar.

Türkiyənin fərqliliyini ortaya qoyması üçün ən əhəmiyyətli vasitələr Respublikanın qurulması ilə edilən islahatlar və xüsusən, bu çərçivədə dünyəviliyin tətbiqi, qadınların cəmiyyətdəki rolunun tanınması və zamanla çoxpartiyalı demokratik rejimə keçidin yolunun açılmasıdır.

Qarşıdakı dövrdə İslam haqqında mənfi mühakimələri ləğv edəcək ünsür, əslində, bu modelin Türkiyədə uğurlu şəkildə irəliləməsi olacaq. Türkiyə bu gün problemlərin öhdəsindən gələ biləcəyi təqdirdə, əksəriyyəti müsəlman olan bir cəmiyyətin demokratiya və müasirliklə dinc yaşaya biləcəyini dünyaya daha təsirli formada göstərə biləcək.

Ancaq bunun üçün yelkənlərini daha çox demokratiya və daha universal qanunlarla doldurmasına, bu sahələrdəki çatışmazlıqları aradan qaldırmasına və eyni zamanda, qütbləşməni aradan qaldıraraq daxili sülhü təmin etməsinə ehtiyac var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar