Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İşi-peşəsi nazirlərdən, məmurlardan pul yığmaq olan biri...” - Açıqlama

Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi

Vaxtilə Müsavat Partiyasının fəallarından olan, hazırda Qarabağ Komitəsində təmsil olunan təhlükəsizlik məsələləri üzrə eskpert, keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl bu təyinatı belə qiymətləndirib:

"Nəhayət ki, 2004-cü ildən bəri – 15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olundu. 15 il ərzində bu vəzifədə polis işçiləri olub. Bunun fəsadlarını da hamı bilir. Əli Nağıyev əməliyyat işçisi vəzifəsindən -leytenantlıqdan başlayaraq, xüsusi xidmət orqanlarında işləyib. Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, müavin səviyyəsinədək yüksəlib.

Yeri gəlmişəkən, biz Əli Nağıyevlə birlikdə Çaykənd əməliyyatından indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq.

Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs tapdılar.

Tapdılar deyəndə ki, Əli Nağıyev onsuz da var idi. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudov tərəfindən o sistemdən uzaqlaşdırılmışdı. Çünki Əli Nağıyev peşəkarlığı ilə Eldar Mahmudova mane olurdu. Eldar Mahmudov qeyri-peşəkar biri idi. Hələ Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılanda jurnalistlər məndən soruşanda ki, "bu vəzifəyə kim gətirilməlidir?”, mən həm tituluna, həm vəzifəsinə, həm də peşəkarlığına görə Əli Nağıyevi gördüyümü söyləmişdim”.

İ.İsmayıl qeyd edib ki, Əli Nağıyevin təyinatından sonra ölkənin təhlükəsizliyi istiqamətində atılacaq addımlar daha da möhkəmlənəcək: "Bu addımlar Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra DTX rəisi Mədət Quliyev və onun müavini İsmayıl Bağırov tərəfindən aparılırdı. Onlar 3 il yarım ərzində kifayət qədər işlər gördülər və müəyyən dəyişikliklərə nail oldular. Yəni Azərbaycan dövlətinin təhlükəsizliyilə bağlı əsaslı işlər görülüb. Əminəm ki, onlar tərəfindən start verilən işlər daha peşəkar şəkildə davam etdiriləcək.

Əsas məsələ sözün əsl mənasında dövlətin təhlükəsizliyini qorumaqdır. Biri var təhlükəsizliklə yanaşı tamamilə başqa, kompitensiyaya uyğun olmayan işlərlə də məşğul olurlar, necə ki, bunu Eldar Mahmudovun timsalında gördük. İşi-peşəsi nazirlərdən, məmurlardan pul yığmaq olan biri dövlətin təhlüksizliyinə təhlükədir.

Biri də var, işi sözün əsl mənasında peşəkara həvalə etmək. Biz Əli Nağıyevlə eyni vaxtda işləmiş adamlarıq. Mən Şəmkir rayonunda rəis olanda, Əli Nağıyev Nərimanov rayonunda rəis idi. Ona bu çətin işində uğur arzulayıram”. (modern.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar