Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanda Rusiya sərhədçilərinin ölkədən qovulması tələbi ilə aksiya keçirilib

Ermənistanın “Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadı İrəvanın “Zvartnots” hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirir...

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

“Bu, təkcə Ermənistan Respublikasının qeyri-suverenliyinin sübutu deyil, həm də hər bir erməninin ləyaqətini təhqir edən rüsvayçı faktdır.

Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb- buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir.

Əslində bu gün biz öz məmləkətimizin ağaları deyilik və bilmirik ki, ölkəmizin qapısı kimə açıqdır və ya bağlıdır.

Ermənistanda isə sərhədçi deyilən işğalçıları ölkəmizdən çıxara biləcək məmur olmayıb və yoxdur. Ona görə də məsələ buna dözməyən ləyaqətli ermənilərin çiynində qalıb”, - etirazçılar bildiriblər.

Onlar Ermənistan sərhədlərində Rusiya işğalçılarının olduğunu bilən və bu reallığı qəbul etməyən bütün vətəndaşlara müraciət ediblər.

“Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək”, - aksiya iştirakçıları müraciətlərində bildiriblər.

Əraziyə xeyli sayda polis əməkdaşı cəlb edilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Ən çox oxunanalar