Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqın məşhur tiktokeri güllələndi

İraqlı “TikTok” ulduzu Om Fahad Bağdaddakı evinin qarşısında güllələnib...

 

 

Bu barədə İraq dövlət təhlükəsizlik xidmətlərinin nümayəndələri bildiriblər.

İraq musiqisi sədaları altında rəqs edərkən populyar videolar çəkən sosial media fenomeni avtomobilində naməlum şəxs tərəfindən öldürülüb. Hadisə onun yaşadığı yerin yaxınlığında baş verib.

Təhlükəsizlik rəsmisi bildirib ki, hücum edən şəxs özünü kuryer xidməti işçisi kimi göstərib.

Qətldən sonra ölkənin Daxili İşlər Nazirliyi qətlin araşdırılması üçün “xüsusi işçi qrupu yaratdığını” bildirib.

Qeyd edək ki, Fahad 2023-cü ilin fevralında “ictimai əxlaqa xələl gətirən ədəbsiz ifadələri ehtiva edən videoları” yaydığına görə altı ay həbs cəzasına məhkum edilmişdi.

Son illərdə İraqda çox sayda məşhur videobloqçular öldürülüb.

Fevral ayında Divaniyyə şəhərində “Simsim” təxəllüsü ilə bloqer, 2023-cü ildə isə daha bir “TikTok” ulduzu Nur Əlsəffar öldürülüb. Bundan əvvəl üç milyon “Instagram” izləyicisi olan model Tara Fares 2018-ci ildə Bağdadda güllələnib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar