Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranlı general: “ABŞ cavab versəydi, bölgədəki hərbi baza və gəmilərini vuracaqdıq”  

İki min kilometr məsafəyə qədər ABŞ-ın bölgədəki bütün hərbi baza və gəmiləri İran raketlərinin hədəfindədir

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun Hərbi Hava Qüvvələri (HHQ) komandanı, general-mayor Əmir Əli Hacızadə bildirib.

General deyib ki, İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ pilotsuz təyyarəsini vurduqdan sonra bu ölkənin Qətər və BƏƏ -dəki bazalarını, eləcə də Oman dənizində hərbi gəmisini hədəfə almışdı. "Hava məkanımızı pozan təyyarəni vurduğumuz üçün onlar cavab versəydilər, dərhal həmin hədəfləri vuracaqdıq. Onlar yenə cavab versəydilər, müharibə başlayacaqdı. Biz hava məkanımıza 1 metr belə təcavüz edilməsinə qarşı həssasıq, onların pilotsuz təyyarəsinin vurulması bir xəbərdarlıq idi”.

Xatırladaq ki, bu il iyunun 20-si İslam İnqilabı Keşikçilər Korpusu İranın cənubunda ABŞ-a məxsus “RQ-170 Sentinel” pilotsuz kəşfiyyat təyyarəsini vurduğunu bəyan edib. ABŞ isə pilotsuz kəşfiyyat təyyarəsinin Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ölkəyə qanunsuz gətirilən külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

Rusiya və Ukrayna arasında əsir və girovların mübadiləsi olacaq

Ən çox oxunanalar