Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranla Rusiya arasında gərginlik yaradan Zəngəzur...

Son zamanlar İranla Rusiya arasında müəyyən məsələlərdə bir sıra fikir ayrılıqları üzə çıxır...

Siyasi-şərhçi: “Hesab edirəm ki, Zəngəzur məsələsinə görə İran ilə Rusiyanın arasında ciddi bir problemlər olmayacaq. Çünki, hər iki ölkə hazırda bölgədə təkləniblər”.

“Güney Azərbaycan qorxusu ilə yaşayan İran üçün bu məsələ narahatlıq doğurur. Bu səbəbdən İran təkidlə təklif edir ki, sizə yol (dəhliz) lazımdırsa, bizim ərazidən istifadə edin”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli İranRusiya arasında baş verən fikir ayrılığını Poliqon-a şərh edərkən qeyd edib.

İranlı politoloq Puya Hüseyni bildirib ki, İran Rusiyanın “Zəngəzur dəhlizi”nə nəzarət etməsini istəmir. O, dəhlizə nəzarət məsələsinə yanaşmada Tehranla Moskva arasında fikir ayrılığının olduğunu iddia edib. Görünən odur ki, son zamanlar İranla Rusiya arasında müəyyən məsələlərdə bir sıra fikir ayrılıqları üzə çıxır. Onlardan biri də “Zəngəzur dəhlizi” məsələsidir.

Bəs hansı səbədən İranın Zəngəzurda maraqları Rusiya ilə toqquşur və toqquşan maraqlara görə İran-Rusiya gərginliyi böyüyə bilərmi?

Zəngəzur məsələsinə görə Rusiyaİranın tutduğu mövqeyi Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Biz Rusiyanı da prosesə qataraq İranın bu məsələdə ən azından neytral qalmasına səy göstərməliyik”.

Rusiyanın Ukrayna ilə davam edən münaqişəsini, İranın isə ABŞ və İsrail ilə ciddi problemlərini xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, hazırda dünyadan təcrid olunmuş bu iki qonşu ölkələrin bir-biriləri ilə ciddi problemi, əlaqələrin kəsilməsi hər ikisinə ciddi ziyan vura bilər:

“Bildiyiniz kimi, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatına əsasən “Zəngəzur dəhlizi”nin Ermənistan hissəsindən keçən yola nəzarəti Rusiya həyata keçirməlidir. Bu bəyanatın imzalanmasından sonra həm İran, həm də Ermənistan hökumətinin özü müxtəlif üsullar ilə buna qarşı çıxdılar.

Paşinyan höküməti, özünün imzaladığı sənədə müxaliflik edərək bir daha bütün dünyaya riyakar erməni xislətini nümayiş etdirmiş oldu. Ermənistan artıq anti-rusiya yolunu seçdiyinə görə nəinki öz ölkəsinə əlavə rus güvvələrini gətirmək, hazırda mövcud olanları çıxarmaq düşüncəsindədir.

Kamran Məmmədli: “Rəsmi Moskva ticari fürsətlərdən əlavə bu məsələyə artıq nüfuz məsələsi kimi baxır”.

İran isə lap əvvəldən buna qarşı olub, çünki o hesab edir ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların və birbaşa əlaqələrin açılması türk dünyasını logistik və tranzit baxımından bir birinə bağlayacaq və bu onların bölgədə daha da güclü olmasına gətirib çıxaracaq. Güney Azərbaycan qorxusu ilə yaşayan İranlılar üçün bu narahatlıq doğurur. Bu səbəbdən İran təkidlə təklif edir ki, sizə yol (dəhliz) lazımdırsa, bizim ərazidən istifadə edin. Rəsmi Moskva isə ticari fürsətlərdən əlavə bu məsələyə artıq nüfuz məsələsi kimi baxır. Çünki “Zəngəzur dəhlizi” ilə bağlı Rusiyanın öhdəlikləri mövcuddur.

Hesab edirəm ki, Zəngəzur məsələsinə görə İran ilə Rusiyanın arasında ciddi bir problemlər olmayacaq. Çünki, hər iki ölkə hazırda bölgədə təkləniblər. Rusiyanın Ukrayna ilə davam edən münaqişəsi, İranın isə ABŞ və İsrail ilə ciddi problemləri var. Hazırda dünyadan təcrid olunmuş bu iki qonşu ölkələrin bir-biriləri ilə ciddi problemi, əlaqələrin kəsilməsi hər ikisinə ciddi ziyan vura bilər. Bu baxımdan, hesab edirəm ki, biz Rusiyanı da prosesə qataraq İranın bu məsələdə ən azından neytral qalmasına səy göstərməliyik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Ən çox oxunanalar