Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın xarici işlər nazirinin gözlənilən Bakı səfəri... - Gözləntilər nədir?

İyulun 5-6-da İranın xarici işlər naziri Azərbaycana səfər edəcək...

Politoloq: “Hər bir halda İranla Azərbaycan arasında geniş profilli məsələlərin müzakirəsi gözlənilir”.

Rusiyanın təkidi ilə İran üçtərəfli müqavilənin imzalanmasını gündəmə gətirib”.

Bu sözləri politoloq Qabil Hüseynli İranın xarici işlər nazirinin Azərbaycana gözlənilən səfərini Poliqon-a şərh edərkən qeyd edib.

İranın xarici işlər naziri Abdollahian iyulun 5-6-da Qoşulmaamq Hərəkatının Bakıda keçiriləcək toplantısında iştirak etmək üçün Bakıya səfər edəcək.

Bakıya səfəri çərçivəsində Abdollahian azərbaycanlı həmkarı Bayramovla görüşəcək. Bu görüşdən hansı gözləntilər var? Gərgin Azərbaycan-İran münasibətləri bu görüşdən sonra müəyyaən qədər yumşala bilərmi?

İran-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Danışıqlar həm hər iki ölkə arasında diplomatik əlaqələrin bərpa edilməsindən, həm də iqtisadi əlaqələrin gücləndirilməsindən və bu əlaqələrin mühum bir göstərici kimi Şimal-Cənub Dəmiryol Dəhlizinə dair üçtərəfli müqavilənin imzalanmasından gedə bilər”.

Bu görüşün çpx vacib olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, hər görüş məsələləri nəticələrinə doğru yaxınlaşdırır:

“Hər bir halda gözlənilən bu görüşü müsbət hal kimi qiymətləndirmək lazımdır. Üstəlik də, İranın xarici işlər naziri Azərbaycana gəlir.

Uzun müddətdir ki, İranla Azərbaycan arasında danışıqlar gedir. Bu danışıqlar həm hər iki ölkə arasında diplomatik əlaqələrin bərpa edilməsindən, həm də iqtisadi əlaqələrin gücləndirilməsindən və bu əlaqələrin mühum bir göstərici kimi Şimal-Cənub Dəmiryol Dəhlizinə dair üçtərəfli müqavilənin imzalanmasından gedə bilər.

Rusiyanın təkidi ilə İran üçtərəfli müqavilənin imzalanmasını gündəmə gətirib. Azərbaycan isə diplomatik münasibətlərdə bərpanı bu sənədin imzalanmasında başlıca şərtlərindən biri hesab edir. Rəsmi Bakı tələb edir ki, Tehranda Azərbaycan səfirliyinə qarşı hücum edənlər və onun arxasında duran qüvvələr aydınlaşdırılsın, məhkəmə məsuliyyətinə cəlb edilsin. Bu məsələlər ətrafında müzakirələr gedir.

Qabil Hüseynli: “Ümidvar olmaq istərdim ki, İran xarici işlər nazirinin bu səfəri də iki dövlət arasındakı münasibətlərə ən azından bir təkan verəcək”.

Üstəlik də, Azərbaycan İrandan tələb edir ki, Ermənistanla münasibətdə özünü islam, şiə dövləti kimi aparsın. Eyni zamanda İran şiə qardaşı olan Azərbaycana münasibətdə düşmənçilik siyasətindən əl çəksin və Ermənistana dəstəyini dayandırsın.

Hər bir halda İranla Azərbaycan arasında geniş profilli məsələlərin müzakirəsi gözlənilir. Mən hesab edirəm ki, görüşmək vacibdir. Hər görüş məsələləri nəticələrinə doğru yaxınlaşdırır. Ümidvar olmaq istərdim ki, İran xarici işlər nazirinin bu səfəri də iki dövlət arasındakı münasibətlərə ən azından bir təkan verəcək və onu bir neçə il bundan əvvəli vaxtlarda olduğu kimi yaxın qonşuluq, mehriban əməkdaşlıq münasibətlərinə çevirmək üçün bir addım ola biləcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar