Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs tutulub

Gömrük Komitəsindən açıqlama...

Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar.

PİA.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib:

“Bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşın ayaqqabılarının daban hissəsində, 2 ədəd bükümdə, çəkisi 128 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə – heroin aşkar edilib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı – düz bağırsağında gömrük nəzarətindən gizlədilən sellofana bükülü 3 ədəd bükümdə çəkisi 38 qram olan ağ kristal formada psixotrop maddə – metamfetamin, çəkisi 125 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə – heroin və ayrıca sellofana bükülü 5 ədəd üzərində “F/M40” yazısı olan açıq qəhvəyi rəngli “metadon” adlı dərman preparatı aşkarlanıb”.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

pia.az


Etiket: narkotik İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Ən çox oxunanalar