Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən şəxslər tutulublar - Video

Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən 3 nəfər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, tədbirlər zamanı İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən 3 nəfər - əvvəllər məhkum olunmuşlar 1987-ci il təvəllüdlü Tural Həsənov tanışı 1993-cü il təvəllüdlü Pünhan Mehdizadə və 1995-cı il təvəllüdlü Mahir Aslanlı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərdən, idarə etdikləri avtomobil və yaşayış ünvanlarından 60 kiloqram, o cümlədən güclü təsirə malik 41 kiloqram heroin, 19 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 2000 ədəd “metadon” həbi, elektron tərəzilər və narkotiklərin qanunsuz dövriyyəsi zamanı əldə edilən pul vəsaitlərinin nağdlaşdırılmasında bilavasitə istifadə olunan bank kartları aşkar edilib.

Araşdırmalarla T.Həsənov, P.Mehdizadə və M.Aslanlının şəxsiyyətləri istintaqla araşdırılan “Münəccim” və “Səxavət” adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotikləri Biləsuvar və Qaradağ rayonları ərazisində yol kənarında gizlədilən yerdən satmaq məqsədilə əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olublar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Sonda vətəndaşları diqqətli və məsuliyyətli olmağa, o cümlədən sosial şəbəkələrdə narkotik maddələr təklif edən əsasən xaricdən idarə olunan səhifələrin yalan, həmçinin şirnikləndirici vədlərinə inanmamağa çağırırıq”, - DİN-dən qeyd olunub.

Poliqon.info 


Etiket: Narkotik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Ən çox oxunanalar