Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda koronavirusdan ölənlərlə bağlı qorxunc açıqlama

Qum şəhərində koronavirusdan ölən iki iranlı çinlilərlə və ya Çində olan şəxslərlə əlaqədə olmayıb...

Bu barədə İran Səhiyyə Nazirliyinin İnfeksion xəstəliklərlə mübarizə komitəsinin üzvü Məsud Mərdani “RİA Novosti”yə bildirib.

Fevralın 19-da İranda iki nəfər koronavirusdan ölüb. İran vətəndaşı olmuş bu şəxslər Qum şəhərində yaşayıblar.

Yoluxmanın necə baş verməsinin müəyyən olunmaması ekspertlər tərəfindən qorxunc hal kimi qiymətləndirilib.

İran Səhiyyə Nazirliyinin nümayəndəsi ölkənin digər ərazilərində yoluxma halları barədə informasiya almadığını vurğulayıb.

Qum Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Reza Qadir koronavirus şübhəsi olan insanların karantində saxlanılması üçün ölkədə iki xəstəxananın ayrıldığını bəyan edib. Bununla belə, o, Qumda virusla bağlı məsələnin nəzarətdə olduğunu vurğulayıb.

IRIB xəbər yayıb ki, Qumda koronavirusla bağlı məsələnin araşdırılması üçün məktəb və universitetlərdə dərslər təxirə salınıb.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar