Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda dəhşətli şəkildə pozulan insan haqqları və BMT - Susqunluq nə zamana qədər davam edəcək?

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında İrana qarşı “İranda insan haqlarının vəziyyəti” adlı qətnamə layihəsi təsdiq edilib. Amma bu İrandakı inanılmaz zülmü ortadan qaldıqmaq üçün yetərlidirmi?..

Politoloq: “İranda insan haqqları ilə bağlı vəziyyət böhran həddindədir. Ona görə də beynəlxalq qurumların müdaxilə etməsi qaçınılmazdır. Artıq vəziyyət o həddə çatıb ki, SEPAH-ın daxilində də narazılıq artır”.

İran rejiminə qarşı sanksiyalar sərtləşdirilməli və Təhlükəsizlik şurasına bu məsələ çıxarılmalıdır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə İranda pozulan insan haqlarını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında İrana qarşı “İranda insan haqlarının vəziyyəti” adlı qətnamə layihəsi təsdiq edilib. Səsvermədə iştirak edən 47 ölkədən 23-ü qətnamənin lehinə səs verib. 16 ölkə isə bitərəf qalıb.

Bu qətnamə layihəsinin İrana nə kimi təsiri ola bilər? Ümumiyyətlə, son bir ildə İranda insan haqqlarının ən pis şəkildə pozulması fonunda İrana qarşı BMT sanksiyalarının qəbul edilməsini və İrana qarşı daha sərt addımların atılmasını gözləmək mümkündürmü?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Cənubi Azərbaycanda baş verənlər istər hakimiyyətin, istərsə də ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Cənubdakı qardaşlarımız da bilməlidirlər ki, onların arxasında duran güc, dövlət var”.

İran rejimi etiraz aksiyalarında tutulanlara qarşı qeyri-insani rəftar etdiklərini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, hazırda İran küçələrində qadınların həyatı təhlükədədir:

İranda insan haqlarının kobud şəkildə pozulması ənənəvi hal alıb. İranda Məhsa Əminin öldürülməsindən sonra ayaqlanan xalq hələ də spontan xarakterli etiraz edir. Tehran rejimi qadınlara qarşı xüsusi amansız cəza verir. Onların hüquqlarının pozulması və öldürülməsi, zəhərlənməsinə kimi vasitələrə əl atır. Bu rejim üçün insan həyat önəmli deyil.

Hazırda İranda insan haqqları ilə bağlı vəziyyət böhran həddindədir. Ona görə də beynəlxalq qurumların müdaxilə etməsi qaçınılmazdır. Artıq vəziyyət o həddə çatıb ki, SEPAH-ın daxilində də narazılıq artır.

Xüsusilə, Azərbaycan türklərinə qarşı biz diskriminasiya siyasətinin şahidi oluruq. Edam cəzaları əsasən Güney Azərbaycanda yayqın hal alıb. Evin həbsxanası Quatnamo həbsxanasından da cəza üsulu ilə seçilir. Quatnamodan fərqli olaraq Evin həbsxanasinda öz vətəndaşları dəhşətli işgəncələrə məruz qalır. Amma baş verən bütün bu vəhşətlərə BMT-nin İnsan Haqları Komitəsi lazımi qiymət vermir.

İran rejiminə qarşı sanksiyalar sərtləşdirilməli və Təhlükəsizlik şurasına bu məsələ çıxarılmalıdır. Hətta lazım gələrsə dinc əhalini repressiyaların qarşısını almaq üçün BMT İrana qarşı beynəlxalq koalisiya formalaşdırmalıdır.

Məhəmməd Əsədullazadə: “Açıq şəkildə beynəlxalq səviyyədə bir həqiqət öz təsdiqiqini tapmalıdır ki, İran hakimiyyətinin öz xalqına qarşı təcavüz edir və repressiyaların qarşısının alınması üçün təsirli alətlər ortaya qoyulmalıdır”.

Avropa ittifaqı və ABŞ sanksiyalarına baxmayaraq İran rejimi etiraz aksiyalarında tutulanlara qarşı qeyri-insani rəftar edir. Hazırda qadınların İran küçələrində həyatı təhlükədədir. Ona görə də səsvermə ilə təzyiq etmək mümkün deyil. Mütləq şəkildə rejimə qarşı təsirli cəza tədbirləri həyata keçirilməlidir. Bu olmadıqda Tehrandakı mollalar özlərini daha rahat hiss edirlər.

Açıq şəkildə beynəlxalq səviyyədə bir həqiqət öz təsdiqiqini tapmalıdır ki, İran hakimiyyətinin öz xalqına qarşı təcavüz edir və repressiyaların qarşısının alınması üçün təsirli alətlər ortaya qoyulmalıdır.

Azərbaycan da öz növbəsində İran rejimindən kobud insan haqları pozuntularına son verilməsini tələb etməlidir. Bunun üçün beynəlxalq təşkilatlara sübutlarla müraciət etməlidir. Xüsusən Cənubi Azərbaycanda baş verənlər istər hakimiyyətin, istərsə də ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Cənubdakı qardaşlarımız da bilməlidirlər ki, onların arxasında duran güc, dövlət var.

Onu da deyim ki, İran rejiminin bu repressiv siyasəti çox davam etməyəcək. Demək olar ki, rejiminin çöküşü qatarın relsdə hərəkətə etməsi kimidir. Relslər dağılan kimi də rejim çökəcək. İranda vəziyyət böhranlıdı. SEPAH-ın daxilində də narazılıq artır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

Ən çox oxunanalar