Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran geri addım atdı - Video

“Əgər Azərbaycan bir gün hansısa xarici ölkənin hücumuna məruz qalarsa, İran dəstək üçün Azərbaycanın yanında olacaq. Azərbaycan xalqı bizim gözümüzün nurudur”.

İran ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin bu açıqlaması iki ölkə arasında gərginliyin yaranmasının səbəbkarının məhz İran olduğunun və rejimin öz səhvini başa düşdüyünün bariz nümunəsidir. Tehran rejiminin Ermənistanı dəstəkləyən açıqlamaları, İrəvana yüksək səviyyəli səfərlər və Azərbaycana hərbi hücumu özündə ehtiva edən hərbi təlimlərin ölkəmizin sərhədləri yaxınlığında keçirilməsi məhz İranın avantürist addımları idi ki, iki ölkə arasında gərginliyin yüksəlməsinə səbəb olmuşdu. 

İran rəsmisinin açıqlamasından aydın olur ki, Tehran rejiminin quyruğu qapı arasında qaldığından belə bir açıqlamaya ehtiyac duyub. Yəni İran gərginlikdə maraqlı tərəf olduğunu, lakin bunun özü üçün heç də yaxşı nəticələr vəd etmədiyini gec də olsa başa düşüb. Xüsusən də bu məsələdə güneyli soydaşlarımızın ayaqlanması və Cənubi Azərbaycanın əsas şəhərlərində Prezident İlham Əliyevin şəkillərinin divarlara vurulması, görünür, İranın “U” dönüşü etməsinə gətirib çıxarıb.

Politoloq Anar Əliyev qeyd edib ki, Əli Əkbər Vilayətinin açıqlaması mövcud rejimin gələcəyi ilə bağlı ciddi təhlükələrin yaranması qarşısında İranın riyakar rəhbərliyinin qorxaqlığı kimi qiymətləndirilməlidir.

Təbii ki, Azərbaycan üçün gərginlik lazım deyil və ölkəmiz heç vaxt bu kimi avantüralarda maraqlı tərəf olmayıb. İran da mehriban qonşuluq münasibətlərini davam etdirmək, regionda sabit vəziyyət yaratmaq istəyirsə, konstruktiv mövqe nümayiş etdirməlidir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

pia.az 

 


Etiket: İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ölkəyə qanunsuz gətirilən külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Ən çox oxunanalar