Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Ermənistanı silahlandırır: Əvvəl raket, indi dron...   

İran Avrasiyada silah satışını genişləndirmək niyyətindədir...

İran Azərbaycana qarşı mübarizə aparmaq üçün Ermənistana hərbi dronlar verəcək. 

PİA.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun nəzdində fəaliyyət göstərən “Eurasia Daily Monitor” saytı məlumat yayıb. 

Ceymstaun Fondu hesab edir ki, Tehran Bakını regionda öz maraqlarına uyğun addımlar atmağa inandıra bilmədikdən sonra Azərbaycana qarşı "məcburetmə taktika"sından istifadə etməyə çalışır. 

Xəbərdə qeyd olunur ki, İran Avrasiyada silah satışını genişləndirmək niyyətindədir və Ermənistan bazarına daxil olmaqla, Azərbaycan-Türkiyə müttəfiqliyinin güclənməsinin qarşısını almağa çalışır. 

"İranın Ermənistana təklifi ilə bağlı bir çox detallar açıqlanmasa da, Tehran çox güman ki, İrəvanı “Şahid-136” dronlarıyla təmin edəcək. Son həftələr Rusiya bu dronlardan Ukrayna müharibəsində mülki və hərbi hədəflərə qarşı istifadə edir. Ermənistan 2022-ci ilin avqustunda Rusiya, Belarus və İran arasında təşkil olununan “Şahin ovu” adlı birgə pilotsuz uçuş aparatları müsabiqəsi zamanı İran PUA-larının döyüş imkanlarını yaxından müşahidə etdi",- məlumatda bildirilir. 

Xatırladaq ki, bir müddət əvvəl İran Ermənistana çoxlu sayda tank əleyhinə raketlər hədiyyə etmişdi.(AzPolitika.info )

pia.az

 


Etiket: İran Silah


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Ən çox oxunanalar