Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Azərbaycana nota verdi. - İŞİD-in Şirazdakı terror aktına görə...

İran mətbuatı bir müddət əvvəl İranın Şiraz şəhərində İŞİD terrorçularının törətdiyi terror aktının Azərbaycan vətəndaşının rəhbərliyi ilə həyata keçirilməsi ilə bağlı məlumat yaymışdı...

Politoloq: “İranın Azərbaycana verdiyi notanın heç bir əsası yoxdur”.

İranın öz daxilindəki prosesləri tənzimləyə bilməməsi, eyni zamanda proseslərin günü-gündən nəzarətdən çıxması İranı narahat edir. İran bu narahatlığını çox fərqli şəkildə büruzə verir”.

Bu sözləri politoloq Turan Rzayev İranın Azərbaycana nota verməsinə PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Azərbaycan səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə çağırılıb. Ona “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib.

Qeyd edək ki, İran mətbuatı bir nüddət əvvəl İranın Şiraz şəhərində İŞİD terrorçularının törətdiyi terror aktının Azərbaycan vətəndaşının rəhbərliyi ilə həyata keçirilməsi ilə bağlı məlumat yaymışdı.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Respublikasının Tehrandakı səfiri İran XİN-ə çağırılıb. Buna səbəb kimi guya ölkəmizin mətbuat orqanları və rəsmiləri tərəfindən İran İslam Respublikasına qarşı təbliğat və böhtanların davam etməsi göstərilib.

İranın Azərbaycana verdiyi notanın bir əhəmiyyəti varmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Reallıqlar fonunda İranın Azərbaycana təqdim etdiyi notadakı əsaslar mənasızdır”.

İranın istədiyi qədər Azərbaycana nota təqdim edə bilməsini vurğulayan politoloq əlavə edib ki, bu gün Azərbaycanın ordusu da, siyasi hakimiyyəti də İranın istənilən təzyiqlərinə cavab verməyə qadirdir:

İranın Azərbaycana verdiyi notanın heç bir əsası yoxdur. Çünki notada bir sıra Azərbaycan vətəndaşlarının İranda törətdiyi cinayət əməllərinin olduğu deyilir. Amma bu gün İran daxilində etiraz aksiyalarının başlaması və mövcud şəraitdə inkişaf etməsinin, böyüməsinin başlıca səbəbkarı mövcud İran hakimiyyəti, molla rejimidir.

Təbii ki, İranın öz daxilindəki prosesləri tənzimləyə bilməməsi, eyni zamanda proseslərin günü-gündən nəzarətdən çıxması İranı narahat edir. İran bu narahatlığını çox fərqli şəkildə büruzə verir. Yəni İran daxili məsələsini digər ölkələrin üzərinə atmasını özünə yaraşdırır. Azərbaycanın İrandakı aksiyalarla bağlı heç bir təşkilatçılığı yoxdur.

Turan Rzayev: “Tehran Bakıya qarşı açıq-aşkar düşmən mövqeyi sərgiləyir”.

Əksinə olaraq Azərbaycan Təhlükəsizlik Orqanlarının keçirdiyi əməliyyatlarda faktiki olaraq İran şəbəkəsinə işləyən adamlar aşkarlandı. Eyni zamanda İran səfirliyinin birbaşa iştirak ilə Azərbaycana keçirilən adam da saxlanıldı. Görünən odur ki, İran Azərbaycana qarşı agentura şəbəkəsi yaradıb. Bu gün İranın Azərbaycana qarşı mövqeyi qərəzlidir. Tehran Bakıya qarşı açıq-aşkar düşmən mövqeyi sərgiləyir.

Bütün bu reallıqlar fonunda İranın Azərbaycana təqdim etdiyi notadakı əsaslar mənasızdır. Buna görə də bu nota Rəsmi Bakının nəzdində heç bir əhəmiyyət kəsb etməməlidir. İran istədiyi qədər Azərbaycana nota təqdim edə bilər. Bu gün Azərbaycanın ordusu da, siyasi hakimiyyəti də İranın istənilən təzyiqlərinə cavab verməyə qadirdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Türkiyədə restoranda partlayış zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Şimali Koreia Yapon dənizinə doğru ballistik raketlər buraxıb

Ən çox oxunanalar