Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran, Rusiya və Türkiyə Suriya ilə bağlı birgə bəyanat yayıb

Rusiya, Türkiyə və İran Suriyanın İdlib bölgəsi ilə bağlı mövcud bütün razılaşmaların tam şəkildə həyata keçirilməsinin vacibliyi ilə bağlı razılaşıblar.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ilə bağlı Astana formatında keçirilən 15-ci iclasın sonunda qəbul olunan yekun bəyanatda bildirilib.

“İdlib de-eskalasiya zonasındakı vəziyyəti ətraflı şəkildə araşdırdıq və İdliblə bağlı mövcud bütün razılaşmaları tam şəkildə həyata keçirərək sülhün bölgədə qorunmasının vacibliyini vurğuladıq”, - deyə ortaq bəyanatda qeyd olunub.

Rusiya, Türkiyə və İran Suriyanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq olduqlarını bəyan ediblər.

Yekun bəyanatda bildirilib ki, Rusiya, İran və Türkiyə Suriya münaqişəsinin hərbi həllinin olmadığına inanır və münaqişənin Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi çərçivəsində BMT-nin köməyi ilə və suriyalıların iştirakı ilə uzun müddətli siyasi həlli prosesini dəstəkləməyə sadiq qalır.

Ortaq bəyanatda bu ölkələr İsrailin Suriyaya hərbi hücumlarını qınayaraq bildiriblər ki, bu cür hücumlar beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa ziddir və Suriyanın, habelə regionun sabitliyini təhdid edir.

Bəyanatda qeyd olunub ki, İran, Rusiya və Türkiyə Suriyada İŞİD və “Cəbhə-əl-Nusra” terror qruplaşmalarının tamamilə aradan götürülməsi istiqamətində bu regionda terrorla mübarizədə əməkdaşlığı davam etdirəcəklər. Moskva, Ankara və Tehran Suriya neftinin satışından əldə olunan gəlirlərin qanunsuz ələ keçirilməsini pisləyib.

Bəyanatda Suriya Konstitusiya Komitəsi ilə bağlı da məqama toxunulub. Bildirilib ki, İran, Rusiya və Türkiyə bu Komitənin fəaliyyətinə kənardan müdaxilələri yanlış hesab edir. Tərəflər Suriya ilə bağlı Astana formatında keçiriləcək 16-cı iclasın 2021-ci ilin ortalarında Nur-Sultan şəhərində keçirmək barədə razılığa gəliblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar