Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadiyyat naziri: “Azərbaycan yüksəkgəlirli ölkələr qrupuna daxil olmağı hədəfləyir”

Azərbaycanın Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qeyri-neft-qaz iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqeyi gücləndirmək, yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, strategiyanın icrası bir sıra sahələri inkişaf etdirəcək:
“Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4%, qeyri-neft qaz ÜDM-in isə illik orta hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85% artırılması hədəflənir. Ümumiyyətlə, dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və investisiyaların rolu vacibdir. Bu baxımdan forum çərçivəsində istər dövlət, istər qeyri-hökumət təşkilatları, investorlar və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin və qurulan əməkdaşlıqların ölkəmizdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy”in icrasına öz müsbət töhfəsini verəcəyinə inanıram”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Ən çox oxunanalar