Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Ağazadədən Vəfa Nağıya dəstək

“Vəfa Nağı seçildiyi kiçik bir bələdiyyə subyektində böyük aksiyaya başlayıb - hesabatlılıq istəyir. Bu təşəbbüsü hamılıqla dəstəkləməliyik”...

PİA.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, bildirib ki, hakimiyyət çox istəyir ki, bələdiyyə subyektlərini mənasız və etibarsız qurum kimi təqdim edərək, vətəndaşların bu seçkidə iştirakını minimuma endirsin və seçici aktivliyi olmasın. 

“Əslində zaman-zaman bələdiyyələrin statusunun kiçildilməsi və bir neçə kəndin bir bələdiyyədə birləşdirilməsi, iri şəhərlərdə bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməməsi, bələdiyyə məclislərinin yaradılmaması da bu məqsədə xidmət edib.

Vəfa xanımın bir bələdiyyə üzvü kimi başlatdığı proses təqdirəlayiq olmaqla yanaşı, yeni nümunədir. Hamımız dəstəkləməli, yanında olmalıyıq ki, növbəti bələdiyyə seçkilərində daha çox və yeni gənclər prosesdə iştirak etsinlər. Vəfa Nağı, sona qədər Ümid Partiyası olaraq sizləri dəstəkləyirik.

Səlahiyyətli dövlət qurumlarına müraciət edərək Vəfa Nağının haqlı tələblərinə qanun çərçivəsində dəstək və reaksiya vermələrini tələb edirəm. Neftçaladan millət vəkili hörmətli Sabir Rüstəmxanlının da Vəfa xanıma dəstək olacağına ümid edirəm”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar