Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Ağazadə də açıqlama yaydı: “...pəncərədən qaçdı”

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd “Ümid” Partiyasının sədri İqbal Ağazadə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə münasibət bildirib...

İqbal Ağazadə seçki prosesində ciddi qanun pozuntularının olduğunu bəyan edib. “1 saylı məntəqə istisna olmaqla 29 məntəqənin heç birində protokollar verilmədi. Səslər sayılarkən nümayəndlərimiz tərəfindən videolentə alınıb. İstisnasız olaraq bütün məntəqələrdə böyük səs çoxluğu ilə qalib gəldik. Bununla bağlı videofaktlar var”, - deyə “Ümid” sədri vurğulayıb.

İqbal Ağazadə qeyd edib ki, beynəlxalq müşahidəçilərin gözü qarşısında nümayəndələrinə basqılar olub. “Müşahidəçilərimiz, nümayəndlərimiz məntəqələrdən çıxarıldı. Bəzi məntəqə sədrləri qapıdan yox, pəncərədən qaçdı. Bütün bunlar ATƏT Müşahidə Missiyasının gözü qarşısında baş verdi. Bununla da ölkənin imicinə ziyan vuruldu”, - deyə o bildirib.

“Ümid” sədri əlavə edib ki, problemin hüquqi müstəvidə həllinə çalışır: “Artıq şikayətlərimiz təqdim etmişik. Əlimizdən nə gəlirsə edəcəyik ki, məsələ hüquqi müstəvidə həll olunsun”.

35 saylı dairədə İqbal Ağazadənin əsas rəqibi Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğludur. “Exit-poll”un nəticələrinə görə Rauf Arifoğlu qalib gəlib. Lakin Mərkəzi Seçki Komissiyası (MSK) hələ ki, bu dairə ilə bağlı nəticələri açıqlamayıb. MSK sədri Məzahir Pənahov bildirib ki, sözügedən dairədən şikayətlər var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar