Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnvestisiya Holdinqi dövlət şirkətlərinin səmərəli fəaliyyətini təmin edə biləcəkmi?..

Büdcənin doldurulmasında əsaslı rol oynamalı olan dövlət şirkətlərinin büdcəni boşaltmalarına nə zaman son veriləcək?..

İqtisadçı-ekspert: “Biz “Azərsu” ASC-nin timsalında gördük ki, rasional idarəetmə metoduna keçmək üçün xərclərin azaldılmasındansa, ciddi audit aparılmasındansa, xərclərlə bağlı ciddi araşdırmalar aparmaqdansa, birdən-birə qiyməti iki dəfə artırdılar”.

“Əgər doğrudan da struktur dəyişiklikləri olacaqsa, korrupsiyaya son qoyulacaqsa, optimal idarəetmə təmin ediləcəksə, İnvestisiya Holdinqinin gələcəkdə Azərbaycanın iqtisadi sistemində pozitiv rol oynayacağını gözləmək mümkündür”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Prezidentin dövlət şirkətlərinin idarə edilməsi ilə bağlı islahatlarını PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Prezident İlham ƏliyevAzərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. Xatırladaq ki, bundan əvvəl isə SOCAR və bir neçə digər iri dövlət şirkətlərində İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədliyi altlnda olan Müşahidə Şurasının nəzarətinə verilmişdi.

Həmçinin bu gün “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dövlət investisiyalı şirkətlərində vəziyyət bu günün tələblərinə uyğun deyil, cavab vermir və bir sıra hallarda idarəetmənin effektivliyi aşağıdır:

“Büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda bir çox hallarda zərərlə çalışırlar. Artıq bu sahədə ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılması onların ciddi bazar dəyərinə nail olunmasına gətirib çıxarılmalıdır.

Dövlət şirkətlərinin borclanmalarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə dividend ödənişlərinin artırılması qarşımızda hədəf kimi durur və 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu sahədə çalışır. Dövlət şirkətlərinin idarəetməyə verilməsi sahəsində əsaslı islahatlar hazırlanır”, deyə nazir vurğulayıb.

Prezidentin dövlət şirkətlərinin idarə edilməsi ilə bağlı islahatlarını necə dəyərləndirmək olar və yeni məkəzləşdirmə dövlət şirkətlərinin səmərəli fəaliyyətini təmin edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Əgər dövlət şirkətlərinin ziyanla işləməsinin qarşısının alınması üçün yenə də vətəndaşın cibinə giriləcəksə, bu doğru yanaşma deyil”.

İdarəetmənin optimallaşdırılması ilə bağlı verilən qərarlardan sonra əgər başqa çıxış yolu qalmayacaqsa, müəyyən tariflərin artımına getməyin mümkün olduğunu düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, “Azərsu” ASC-nin timsalında məhz tarif artımı gündəmə gəldi. Əgər bu yanaşma davam edəcəksə, onda islahatların pozitiv dəyişikliyə səbəb olacağını söyləmək çətindir:

“İnvestisiya Holdinqin əsasnaməsinə baxarkən ilkin olaraq bu görünür ki, bu qurumun yaradılmasında əsas məqsəd ölkədə fəaliyyət göstərən dövlət şirkətlərinin ziyanla işləməsinin qarşısını almaq və gələcəkdə onların gəlirliyə çıxış imkanını artırmaqdır. Əsasnamədə dövlət şirkətlərinin izafi xərclərin azaldılması, optimal idarəetmə tipinin yaradılması qarşıya məqsəd qoyulub. Həmçinin gələcəkdə hissə-hissə və yaxud da qismən özəlləşdirilməyə getmək də məqsədlərin tərkib hissəsidir.

Əgər doğrudan da struktur dəyişiklikləri məhz bu yönə xidmət edəcəksə və bununla bağlı ciddi dəyişikliklər olacaqsa, bu təqdirə layiq hal olacaq. Amma biz “Azərsu” ASC-nin timsalında gördük ki, rasional idarəetmə metoduna keçmək üçün xərclərin azaldılmasındansa, ciddi audit aparılmasındansa, xərclərlə bağlı ciddi araşdırmalar aparmaqdansa, birdən-birə qiyməti iki dəfə artırdılar. Yəni dövlət büdcəsindən dotasiyaları kəsdilər, bunun da əvəzində qiyməti qaldıraraq “Azərsu” ASC-nin ziyanını vətəndaşların kürəyinə yüklədilər. Bu əlbəttə ən asan yoldur, ancaq əsas məsələ xidmət səviyyəsini yüksəldilməsi, eyni zamanda artıq xərclərin ortadan qaldırılmasıdır. Bunu isə biz “Azərsu” ASC-nin timsalında müşahidə etmədik.

Natiq Cəfərli: “İdarə etməni səmərəli hala gətirmək və gəlirli fəaliyyəti təmin etmək üçün ilkin olaraq ciddi audit aparılmalıdır, həmin şirkətlərin niyə ziyanla işlədiyi müəyyənləşdirilməlidir, xərc istiqamətləri azaldılmalıdır, izafi, korrupsiyaya yol açan xərclər azaldılmalıdır”.

Bu da artıq insanı düşünməyə vadar edir. Əgər dövlət şirkətlərinin ziyanla işləməsinin qarşısının alınması üçün yenə də vətəndaşın cibinə giriləcəksə, bu doğru yanaşma deyil. İdarə etməni səmərəli hala gətirmək və gəlirli fəaliyyəti təmin etmək üçün ilkin olaraq ciddi audit aparılmalıdır, həmin şirkətlərin niyə ziyanla işlədiyi müəyyənləşdirilməlidir, xərc istiqamətləri azaldılmalıdır, izafi, korrupsiyaya yol açan xərclər azaldılmalıdır. Ümumiyyətlə xərclərin əsaslandırılması ilə bağlı ciddi iş aparılmalıdır.

İdarəetmənin optimallaşdırılması ilə bağlı verilən qərarlardan sonra əgər başqa çıxış yolu qalmayacaqsa, müəyyən tariflərə artımına getmək doğru olardı. Amma görünən odur ki, ilkin olaraq məhz tarif artımı gündəmə gəldi. Əgər bu yanaşma olacaqsa, təssüflər olsun ki, islahatların pozitiv dəyişikliyə səbəb olacağını söyləmək çətindir. Yox əgər doğrudan da struktur dəyişiklikləri olacaqsa, korrupsiyaya son qoyulacaqsa, optimal idarəetmə təmin ediləcəksə, İnvestisiya Holdinqinin gələcəkdə Azərbaycanın iqtisadi sistemində pozitiv rol oynayacağını gözləmək mümkündür”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar