Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnsanlar "daş məndən keçdi, kimə dəydi, dəydi" deyə fikirləşir" – Baş infeksionist

İki həftəlik sərt karantin rejimi koronavirusa yoluxanlarının sayının azalması və xəstəxanaların yükünün normaya düşməsi baxımından vacibdir...

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, gündəlik yoluxma göstəricilərində artım tempi müşahidə edilir: “Sərt karantinlə insanlar arasında yoluxmanın sayının azalmasına nail olmaq istəyirik. Məqsəd budur. Sərt karantin rejimində yoluxanların sayının nə qədər olması iki həftəyə bilinəcək. Nəticə insanların özündən asılıdır. Vətəndaşlarımız tövsiyələrə əməl edərlərsə, maska taxarlarsa, istədiyimiz nəticəni əldə edə bilərik”.

C.İsayev bildirib ki, xəstəxanalar kifayət qədər koronaviruslu xəstələrlə dolub: “Bunun öhdəsindən hələlik gəlinir. Lakin vəziyyət bundan ağır olarsa, o zaman işimiz çətinləşəcək. İnsanlar arasında ictimai qınaq olmalıdır. Bu, olarsa, maskadan istifadə edənlərin sayı artır. Lakin hazırda ictimai qınaq demək olar ki, yoxdur. İnsanlar "daş məndən keçdi, kimə dəydi, dəydi" deyə fikirləşir”.

Baş infeksionist qeyd edib ki, sərt karantin rejiminin tətbiq edilməsinin məqsədi insanlar arasında təmasın olmaması və infeksiyanın yayılmasının qarşısının alınmasıdır: “Yenə deyirəm ki, buna nə qədər əməl edilməsi insanlardan asılıdır. Dövlət lazım olan bütün işləri görür. Lakin təəssüf ki, bir çox insanlar buna əməl etmir. Onlar qaydalara əməl etmirsə, dövlət nə etsin? Dövlət kifayət qədər tədbirlər görür, vəsait ayırır. Həkimlərimiz gecə-gündüz xəstələrin sağlamlığının keşiyində durur, yorulmadan, hətta yorğun olsalar belə işləyirlər. Yoluxma hallarının artmasına rəğmən qaydalara əməl etməyən insanlar var, xüsusən gənclər çoxluq təşkil edir. Hamı bunu görür, lakin qınaq yoxdur. Vətəndaşlarımızdan çox şey asılıdır”.(Azvision)

pia.az

 


Etiket: Cəlal İsayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Ən çox oxunanalar