Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnamlı başçılar - Prezident onlara niyə etimad göstərdi?

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə üç rayona - Lerik, MasallıGöygölə yeni icra başçıları təyin edildi.

Bakupost.az xəbər verir ki, onlardan ikisi - LerikGöygölün yeni icra başçıları - Əkbər Abbasov və Elvin Paşayev bu təyinatdan öncə Kənd Təsərrüfatı Nazirliyində çalışıblar.

Buna görə də yeni başçılar Kənd Təsərrüfatı naziri İnam Kərimovun kadrları hesab olunur.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbərinin müavini, İnsan Resursları şöbəsinin müdiri vəzifəsində işləyib. Bundan əvvəl “ASAN Xidmət”də şöbə müdiri vəzifələrində çalışıb. Bununla yanaşı, o, Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir. Elvin Paşayev “Yeni klinika” tibb müəssisəsinin baş həkimi Cavid Paşayevin qardaşıdır.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov isə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Ə. Abbasov da Kənd Təsərrüfatı Nazirliyində çalışıb. O, nazirliyin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində işləyib.

Mənbənin bildirdiyinə görə, həmin kadrların yüksək vəzifəyə təyinatı həm də sözügedən rayonlarda kənd təsərrüfatıyla bağlı ciddi problemlərlə əlaqədardır. Belə ki, ötən illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir çox işlər görülsə, infrastruktur layihələri həyata keçirilsə də, regionlarda bir sıra problemlər hələ də həll olunmamış qalır:

"Xüsusən də kənd təsərrüfatının inkişafı ilə bağlı problemlər mövcuddur. Rayonlarda yollar çəkilsə, qazlaşdırma aparılsa da, suvarma, kənd təsərrüfatı məhsullarının istehsalı qənaətbəxş vəziyyətdə deyil. Hazırda qlobal iqtisadi böhran fonunda kənd təsərrüfatı sahələrinin - xüsusən də taxılçılıq, pambıq, üzümçülüyün, meyvə-tərəvəz istehsalının artırılması hökumətin qarşısına prioritet məsələ kimi qoyulub. Məhz bu səbəbdən yeni təyinatlarda kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşan, bu sahədə təcrübəsi olan kadrlara üstünlük verilir. Güman ki, yeni təyinatlarda nazir İnam Kərimovun da rəyi nəzərə alınıb".

Qeyd edək ki, Prezident İlham Əliyev yeni icra başçıları ilə görüşündə bölgələrdə mövcud olan problemlərə toxunub və onlara bir sıra tapşırıqlar verib.

Maraqlıdır ki, Prezident yeni icra başçıları ilə söhbətində kənd təsərrüfatı və turizmin inkişafı məsələsi üzərində xüsusilə dayanıb və bu sahələrin inkişafı ilə bağlı yeni icra başçılarından "fəal iş və nəticə gözlədiyini" bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Ən çox oxunanalar